Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Koronavirusa qarşı alınan tədbirlərdən 3 ay davam edərsə, bunun dünya iqtisadiyyatına bədəli 5.8 trilyon dollar olacaq. Tədbirlərin 6 ay davam edəcəyi təqdirdə isə çəkilın xərc təxminən 8.8 trilyon dollara qədər arta bilər.
Ovqat.com xəbər verir ki, bu proqnoz Asiya İnkişaf Bankı (AİB) tərəfindən irəli sürülüb.
Bankın "Covid-19-un potensial iqtisadi təsirləri" barədə hesabatına görə, Çin də daxil olmaqla, inkişaf etməkdə olan Asiya ölkələrinə “əsrin vəbası”nln 3 aylığı 1,7 trilyon dollara başa gələcək. 6 aylıq xərclərin isə 2,5 trilyon dollar olacağı gözlənilir.
Qeyd edək ki, bu, AİB-nın bu barədə ilk hesabatı deyil. Ötən ay da bank bənzər hesabat yayımlamışdı. Aprelin 3-də yayımlanan ilk hesabatda tədbirlərin nə qədər davam edəcəyindən asılı olaraq, potensial xərclər 2 trilyondan 4,1 trilyon dollar arasında göstərilmişdi. Dünən yayımlanan son hesabatda isə təxminən 2 dəfədən çox artırılaraq, hardasa 9 trilyona qədər yüksəldilib.
Yenilənmiş təxminlər dünya ümumi daxili məhsulunun (ÜDM) 6,4 faizdən 9,7 faizə qədər azalması anlamına gəlir.
Hesabatda koronavirusun hansı sahəyə nə qədər zərər vuracağı da göstərilir. Təxminlərə əsasən, səyahət və iqtisadi fəaliyyətlərin dayandırılması nəticəsində qlobal ticarət həcmi 1,7 trilyondan 2,6 trilyon dollar qədər azalacaq, 158 milyondan 242 milyon arasında insan işini itirəcək.
Hesabatda münasibətini bildirən AİB baş iqtisadçısı Yasuyuki Sawadaise AİB-nin yenilənmiş təhlilinin Covid-19-ın çox vacib potensial iqtisadi təsirinin əhatəli mənzərəsini təmin etdiyini bildirib.
Xatırladaq ki, bu təxminlər 6 aylıq tədbirləri əhatə edir. Koronavirusun isə 1 ildən çox davam edəcəyi də istisna olunmur.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar