Xəbər lenti

 
“Orta Asiya ilə xarici ticarət əlaqələrində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə tələb ciddi şəkildə yüksəlib”.
 
Ovqat.com xəbər verir ki, bu məlumatı Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Anadolu” agentliyinə açıqlamasında dilə gətirib.
 
Həmin açıqlamada yeni növ koronavirus (COVID-19) pandemiyasının məhdudlaşdırılması məqsədilə ciddi tədbirlər gördüklərini bildirən nazir bununla yanaşı, ticarətdə məhdudiyyətlərin yaranmamasına da çalışdıqlarını deyib.
 
Yüklərin təhlükəsizliyin daha yüksək olduğu dəmir yolu nəqliyyatı ilə daşınmasına tələbatın əhəmiyyətli dərəcədə artdığını vurğulayan Karaismailoğlunun sözlərinə görə, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu bu işdə xeyli işə yarayıb. Nazir bildirib ki, prezident Rəcəb Tayyib Ərdoğan bu yolla gündəlik əlavə 3500 ton yükün daşınması göstərişini verib.


 
“Cənab prezidentin göstərişindən sonra belə bir çətin dövrdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tutumunu artırmaq üçün hər şeyi etdik. Bu məqsədlə Türkiyə-Gürcüstan sərhədinin Türkiyə tərəfindəki “Canbaz” stansiyasında konteyner ötürmə sistemi quraraq, işə saldıq”, - deyə o, qeyd edib.
 
“Ötürmə sistemindən istifadə edən ilk qatar yola düşüb”
 
Karaismailoğlu bildirib ki, Gürcüstan, Azərbaycan və Rusiyanın dəmir yolunun ölçüsü Türkiyə və Avropa ölkələrinin dəmir yolundan fərqləndiyindən, bu xətlə daşımalar zamanı ötürmə sistemi ya da təkər dəstlərinin dəyişdirilməsinə ehtiyac yaranır: “Gürcüstan sərhədində qurduğumnuz ötürmə sistemilə bu işi xeyli sürətləndirmişik. Beləliklə, gündəlik daşıma həcmi 3500 ton artırılıb. Artıq Qazaxıstan və Azərbaycanda yüklənmiş və yeni konteyner ötürmə sistemindən istifadə etmiş ilk qatar 15 vaqon və 27 konteynerdə 1200 ton mədən, kənd təsərrüfatı məhsulları və ferro silikon xammalı ilə Mersin, Derince və Dənizliyə doğru yola düşüb”.
 
520 min ton yüş daşınıb
 


Nazir hesab edir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Avropa ilə Asiya arasında körpü ola bilmə xüsusiyyəti gündən-günə daha da artır. O, bunu sözügedən dəmir yolu ilə yük daşımalarının davamlı artması ilə əsaslandırıb.
 
Dəmir yolu xəttinin Türkiyə ilə dost və qardaş ölkələr – Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Rusiya və Çin arasındakı ticarətdə mühüm rol oynadığını deyən Karaismailoğlu fikrini belə davam etdirib: “Bu yolla indiyədək 5250 konteynerdə 240 min ton ixrac məhsulu, eyni zamanda, 5300 konteynerdə 280 min ton idxal məhculu, o cümlədən, Avropaya tranzit yüklər daşınıb”.
 
Nazir hesab edir ki, bütün bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin nə qədər əhəmiyyətli investisiya layihəsi olduğunu bir daha ortaya qoyur.





Ana səhifəyə qayıt        Baxış: 3 082          Tarix: 15-05-2020, 18:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma