Xəbər lenti


 
Azərbaycanda koronavirus pandemiyası yayılmağa başladıqdan sonra bir çox qurumlar əməkdaşları arasında COVID-19-a yoluxanlar olduğunu açıqlayıb.
 
Oxu.az xəbər verir ki, bununla bağlı qurumlar arasında sorğu keçirib.
 
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib ki, qurumun altı əməkdaşı koronavirusa yoluxub.
 
Onun sözlərinə görə, qurumun əməkdaşlarında koronovirusa yoluxma faktları ayrı-ayrı vaxtlarda qeydə alınıb:
 
“Altı nəfər əməkdaşımız bu virusa yoluxub. Üç nəfəri artıq sağalıb, evlərindədir. Hazırda üç nəfər isə xəstəxanada müalicəsini davam etdirir”.
 
C.Səfərov qeyd edib ki, koronovirusa yoluxanlar 50-65 yaş arası şəxslərdir.


Ana səhifəyə qayıt        Baxış: 2 386          Tarix: 16-05-2020, 11:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma