Xəbər lenti

 
Valideynlər üçün bütün övladlar əzizdir. Amma bütün hallarda bəzən birinə digərlərindən daha çox önəm verdiyimiz də sirr deyil. Bunu nə qədər gizlətməyə çalışsaq da, müəyyən davranışlarımız və etiraflarımızla içimizdə saxladığımız sevgimizi, “ayrıseçkiliyimizi” ələ veririk. 
 
Akademik Arif Paşayevin xatirələrinə nəzər salanda da bu məqam bütün çılpaqlığı ilə gözə dəyir, ailənin ən sevimli övladının kim olduğu anlaşılır. 
 
Gəlin, burdan o tərəfinin hörmətli akademikin öz dilindən dinləyək:
 
Mehriban çox fəal uşaq idi. Hərdən mənə elə gəlirdi ki, o, Nərgizdən böyükdür. Uşaqlığını hələ də xatırlayıram. Yadımdadır; hər dəfə onu məktəbə gətirəndə müəllimlər Mehriban haqqında xoş sözlər deyirdilər. Çox gözəl idi! ... Küçədə gəzəndə insanlar dayanar, onunla söhbət edərdilər. Çox mehriban insandır - bu, səmimi hisslərlə qurulan xüsusi bir mehribanlıqdır. Mehriban çox diqqəlidir və hər zaman kömək etməyə hazırdır".
 
Qeyd edək ki, bu etiraf Birinci Vitse-prezidentin Telegram səhifəsində paylaşılıb.


 
Академик Ариф Пашаев: «Мехрибан была очень активным ребёнком. Иногда мне казалось, что она старше Наргиз.  Я до сих пор помню её детство.  Помню,   каждый раз, когда я приводил ее в школу, учителя говорили мне что-то приятное о ней. Она была такой красивой!   ... Когда мы шли по улице, люди останавливались , разговаривали с ней.  Она очень добрый человек- это особая доброта, заложенная искренними чувствами. Мехрибан очень отзывчивая, всегда готова придти на помощь.»


Ana səhifəyə qayıt        Baxış: 2 972          Tarix: 16-05-2020, 13:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma