
Xəbər lenti
Bu gün, 10:05
Bu gün, 09:34
Dünən, 23:10
Dünən, 21:25
Dünən, 19:15
Dünən, 17:31
Dünən, 13:13
22-02-2025, 23:55
22-02-2025, 22:44
22-02-2025, 21:18
22-02-2025, 20:58
22-02-2025, 19:37
22-02-2025, 18:46
22-02-2025, 18:19

İranda İmam Əlinin qətlə yetirilməsinin ənənəvi ildönümü qeyd olunub.
Cənub qonşumuzun dini dövlət və rəsmi siyasi ideologiyasının isə şiəlik olduğunu nəzərə alsaq bu məzhəbin ən müqəddəs şəxsiyyətlərdən olan İmam Əliyə matəm saxlanılması, əlbəttə, gözlənilməz deyil. Fəqət İranda bu matəmi elə tərzdə tutublar ki, sorağı bütün dünyaya yayılıb.
Ovqat.com xəbər verir ki, əvvəl sosial şəbəkələrdə yayılan, daha sonra isə dünyanın bir sıra media qurumlarının da diqqətini cəlb edən video-görüntülərdə Həzrət Əlinin şəhadətə qovuşmasının 1442-ci ildönümünə toplananlar yarıçılpaq vəziyyətdə və oynaq musiqi sədaları altında rəqs edə-edə imama “şaxsey-vaxsey” gediblər.
Mərasim görüntülərində ən diqqəti cəlb edən məqam isə koronavirus təhlükəsinin hələ də aradan qalxmadığı bir zamanda tədbirə toplananların sosial məsafəni qorumamalarıdır. Üstəlik, “şaxsey-vaxsey” mərasimi İranda koronavirusun ana mərkəzi sayılan Qum şəhərində keçirilib. Bu isə yoluxma riskini artıran başlıca amillərdəndir.

Bildirildiyinə görə, matəmin bu cür qeyri-adi tərzdə keçirilməsi İran hakimiyyəti tərəfindən də birmənalı qarşılanmayıb və tədbirin təşkilatçıların kimliyi hüquq mühafizə orqanları tərəfindən araşdırılır.
Tədbirin hansı tarixdə keçirildiyi barədə isə heç bir məlumat verilmir. Bununla belə, Həzrət Əlinin ölüm ildönümünə həsr olunduğunu nəzərə alsaq, tədbirin keçirilmə tarixi öz-özünə ortaya çıxar.
Məlum olduğu kimi, Həzrət Əli Hicri-qəmər tarixinin 40-cı ilində Ramazan ayının 19-da sübh namazı zamanı zəhərli xənçərlə sui-qəsdə uğrayıb. Bu sui-qəsd zamanı ağır yaralanan imam 2 gün xəstə yatdıqdan sonra dünyasını dəyişib. Yəqin ki, Həzrət Əlinin ölüm mərasimi də həmin gün – 21 Ramazanda qeyd olunur. 21 Ramazan isə bu il bizim təqvimlə may ayının 15-nə təsadüf edir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər