Xəbər lenti
 
 
 
İraq Müdafiə Nazirliyi İŞİD-in öldürülən lideri Əbubəkir Bağdadinin varisləri arasında adı çəkilən Əbdülnəsir Qardaşı ələ keçirib.
 
Ovqat.com-un məlumatına görə, nazirlik əslən Təlafər türkmənlərindən olan Qardaş barədə avtoqrafik məlumatlar paylaşıb. 
 
Naziriliyin Təhlükəsizlik Media Birliyinin yazılı açıqlamasına görə, əsl adı Taha Əbdürrəhim Abdullah Bəkir əl-Qassani olan Qardaş 1967-ci ildə Mosulun Təlafər bölgəsində anadan olub və Mosulun Misheyrfe bölgəsində məskunlaşıb.


 
Açıqlamada Qardaşın 2007-ci ildə Ninəvəhdə İŞİD-ə qoşulduğu və ilin sonuna qədər Əl-Cəzirə bölgəsinin əmir təyin olunduğu, bu müddət ərzində İraq qüvvələri və mülki şəxsləri hədəf alan bir çox əməliyyat təşkil etdiyi vurğulanır.
 
Qardaş 2010-cu ilin əvvəlində Şimali bölgə qubernatorluğunun müavini və Bağdadinin əmri ilə daha sonra şimal əyalətlərinin qubernatoru vəzifəsinə təyin edilib. O, 2011-ci ildə Bağdadi ilə görüşüb, “xilafət”in Sənaye və İnkişaf strukturunun rəhbərliyinə gətirilib. Daha sonra Bağdad ona Suriyaya getmək və orada silah və partlayıcı emalatxanaları açmaq vəzifəsi tapşırıb.
 
Qardaş Suriyadakı Şərq bölgəsinin (Haseke, Deyr üz-Zor və Raqqa) qubernatoru təyin edildi və təşkilatın aparıcı kadrlarından olan Əbu Məhəmməd əl-Adnani öldürüldükdən sonra Bağdadinin müavinliyinə gətirilib.


 
Açıqlamada həmçinin bildirib ki, Qardaş Suriyadakı Eynülərəb (Kobani) döyüşünə, Tedmurun (Palmira), Hələbin və Dəməşqin ələ keçirilməsinə rəhbərlik edib. İraq qüvvələrinə qarşı hücumlarda istifadə olunan xardal qazının istehsalında və inkişafında mühüm rol oynayıb. 
 
Qeyd edək ki, dünən İraqın rəsmi xəbər agentliyi İNA-ya açıqlama verən təhlükəsizlik rəsmiləri Bağdadinin varislərindən olan Qardaşın, kəşfiyyat orqanlarının təşkil etdiyi əməliyyat nəticəsində ələ keçirildiyini bildirmişdi.
 
Təlafərli türkmənlərin Azərbaycan ləhcəsində danışdığını nəzərə alsaq, Taha Əbdürrəhim Abdullah Bəkir əl-Qassaninin özünə boş-boşuna “Qardaş” ləqəbi götürmədiyi anlaşılır.


Ana səhifəyə qayıt        Baxış: 3 577          Tarix: 21-05-2020, 13:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma