Xəbər lenti

 

Dünən öldürüldüyü məlum olan İŞİD terror təşkilatının lideri Əbubəkrəl-Bağdadiyə əvəz tapılıb. 

“Newsweek” portalının məlumatına görə, əl-Bağdadinin ölümündən sonra terrorçular Abdullah Qardaşı özlərinə lider təyin ediblər. 

Hacı Abdullah əl-Afari ləqəbi ilə tanınan türkmən əsilli Abdullah Qardaş Bağdadinin sağlığında İŞİD liderinin din məsələləri üzrə köməkçisi olub. 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp verdiyi açıqlamada Bağdadinin İdlibin Barişa kəndində keçirilən əməliyyat zamanı tuneldə sıxışdırıldığı, bundan sonra iki arvadı və üç uşağı ilə birlikdə özünü partlatdığını açıqlayıb. 




Ana səhifəyə qayıt        Baxış: 382          Tarix: 28-10-2019, 11:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma