Xəbər lenti

 
İsrailin Çindəki səfiri Du Veyin mayın 17-də Təl-Əvivin şimalında, Herzliya şəhərindəki iqamətgahında ölü vəziyyətdə tapılıb. 
 
Ovqat.com xəbər verir ki, İsrail mətbuatı səfirin infarktdan öldüyünü açıqlasa da, bəzi mütəxəssislər sui-qəsd ehtimalını da istisna etmirlər.


 
Onların fikrincə, müasir dövrümüzdə təbii ölümlə sui-qəsdi bir-birindən ayırmaq xeyli çətindir. Nədən ki, müasir texnologiyaların sayəsində peşəkar şəkildə qurulmuş sui-qəsdlər tamamilə təbii ölümlərə bənzəyir və bu işi xüsusi dəqiqliklə yerinə yetirən əsas qurumlardan biri isə MOSSAD-dır.
 
Çin səfirinin ölümdə sui-qəsd şübhəsi yaradan amillər isə az deyil. Bu amillərə ABŞ-Çin-İsrail arasındakı mürəkkəb münasibətlər və MOSSAD-ın keçmiş təcrübəsi daxildir.


 
Bildirildiyinə görə, ABŞ dövlət katibi Mayk Pompeonun İsrailə son səfəri Çinlə bu ölkə arasında qurulan yaxın münasibətlərin, birgə həyata keçirilməsi planlaşdırılan hərb-strateji layihələrin qarşısını almaq məqsədi güdürdü. Dövlət katibinin rəsmi görüşlərdə Çinin İsrail iqtisadiyyatına nüfuz etməsindən narahat olduqlarını və bu əlaqənin israillilər üçün təhlükə yaratdığına dair kəşfiyyat məlumatları əldə etdiklərini söylədiyi bildirilir. 


 
Ekspertlərin mülahizələrinə görə, İsrailin ABŞ və Çin arasındakı uzun müddət davam edən siyasi anlaşmazlığa səssiz qalması və “saman altından su yürütməsi” Vaşinqtonda narahatlıq yaradıbmış. 
 
Vaşinqtonu narahat edən digər mühüm məsələ isə Çin və İsrail arasındakı hərbi-texnoloji alış-verişlə əlaqədardır. 


 
İki ölkə arasındakı hərbi-ticari münasibətlər 1990-cı illərin sonlarında sona çatsa da, Çinin 1994-cü ildə "Harpy İnsansız Hava Nəqliyyatları" satın alınması ilə yenidən bərpa olunmuşdu. “Phalcon” erkən xəbərdarlıq təyyarəsinin modernləşdirilməsi ilə iki dövlət arasındakı əlaqələr daha da genişləndirilmişdi. 2000-2010-cu illər arasında rəsmi Pekinin ərəb ölkələri ilə qurduğu yaxın işgüzarlıq səbəbindən İsraillə iqtisadi əməkdaşlıqda yaranan durğunluq 2011-ci ildə Çin Baş Qərargah rəisinin Təl-Əvivə səfərindən sonra yenidən canlandı. 2018-ci ildə Çin Baş Qərargahı 2019-cu il büdcəsini 215 milyard dollar dollardan 440 milyard dollara qədər artırması Təl-əvivin də gözündən yayınmamış və İsrail ən böyük "Silah və Müdafiə Sənayesi Bazarı"ndan pay almağa cəhd göstərmişdi. 2019-cu ilin mart ayında Pekin inventarında olan 16 min tankdan 11 mini modernləşdirmək üçün İsrail ilə müqavilə imzalamışdı. 


 
Bu, həmin gün səfərdə imzalanan tək müqavilə də deyildi. İsrailin "Dəmir günbəz" adlı hava hücumundan müdafiə sistemlərinin mühəndis patentinə dair təklifi də masaya yatırılmış və təsdiqlənmişdi. Əsl müqavilə isə İsrail Hərbi Hava Qüvvələrindən aid 8000 ədəd Elbit Hermes 900- pilotsuz uçuş aparatının Meksika üzərindən satılmasına dair idi. 
 
Bütün bu ticari münasibətlər isə ABŞ-ı ciddi narahat edir, yəhudi sərmayəsinin Çinə axacağı ehtimalı dövlət katibinin Təl-əvivə gəlməsinə səbəb olmuşdu.
 
Mayk Pompeonun həmin səfərində bağlı qapılar arxasında keçirdiyi görüşlərin nəylə nəticələndiyi məlum olmasa da, səfərdən sonra maraqlı hadisələr cərəyan etməyə başlamışdı. Mayın 13-də gerçəkləşən  bu səfərdən bir neçə gün sonra Pekin Təl-Əviv ilə bütün hərbi-kommersiya müqavilələrini ləğv etmiş və bunu  səfir Du Vey vasitəsilə Tel-Əviv hökumətinə çatdırmışdı. Bu hadisədən bir neçə gün sonra isə səfir Du Vey evində ölü tapılmışdı.


 
Maraqlıdır ki, ABŞ dövlət katibi Pompeo da İsrail səfərinin əsas səbəbinin Təl-əvivin Pekinlə münasibətlərini müzakirə etmək olduğunu gizlətməyib. O, 4 gün öncə mediaya verdiyi açıqlamada deyib:
 
Mən Baş nazir Benyamin Netanyahu ilə Çinin İsraildə artan nüfuzunu müzakirə etmək istədim və İsrail hakimiyyətinə bu risklərin real olduğunu və iki demokratiyanın – ABŞ və İsrailin həqiqətən yaxşı nəticələr əldə etmək üçün qarşı-qarşıya gələ biləcəklərini açıqladım”.
 
Dövlət katibi həmin açıqlamasında Çinin fövqəldövlət olmaq təşəbbüsünə qısqanclıqla yanaşdığını da gizlətməmişdi: “Fövqəldövlət olmaq üçün səy göstərdiklərini iddia edirlər, lakin etdikləri hərəkətlər təkcə Ümumdünya Səhiyyə Təşkilatının müddəalarına uyğun olaraq qəbul edilmiş öhdəliklərə uyğun deyil, həm də məlumat mübadiləsi və şəffaflıq baxımından dünya birliyinin layiqli üzvünün davranış standartlarına cavab vermir”.

 

Pompeonun bu etirafı ərəfəsində Çinin bağlanan hərbi müqavilələrdən imtina etməsi, ardından isə həmin danışıqları aparan səfirin ölümü müəmmaları daha da artırır.
 
Pekinin  bu ölüm hadisəsinə necə reaksiya verəcəyi maraq doğurur.





Ana səhifəyə qayıt        Baxış: 3 226          Tarix: 21-05-2020, 15:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma