Xəbər lenti

 
Azərbaycan Milli İstiqlal Partiyası koronavirus pandemiyası ilə əlaqədar Operativ Qərargahın fəaliyyətində təsbit etdiyi bir sıra nöqsanlarla bağlı təkliflər irəli sürüb.
 
Ovqat.com xəbər verir ki, partiyanın bu gün yaydığı bəyanatda həmin təkliflər öz əksini tapıb. 
 
Bəyanatda deyilir:

 
Azərbaycan Milli İstiqlal Partiyası pandemiyanın ilk günlərindən qəbul olunmuş qərarları, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətini, o cümlədən də pandemiyanın fəsadlarının aradan qaldırılması ilə əlaqədar partiyanın verdiyi təkliflərin əksəriyyəti ilə bağlı bu və ya digər addımların atılmasını təqdir edərək ortaya çıxan bir qism çatışmazlıqların aradan qaldırılması üçün aşağıdakıların həyata keçirilməsini vacib hesab edir.  
  1. Hazırda ölkə xaricində olan vətəndaşlarımızın, ilk növbədə tələbələrin qısa müddət ərzində vətənə qayıtmasını təmin etmək üçün bütün zəruri tədbirlər həyata keçirilsin;
  2. İşsizliklə bağlı real vəziyyət müəyyən edilsin və bununla əlaqədar Dövlət Proqramı hazırlansın;
  3. Çoxsaylı neqativ halların mövcudluğu barədə səslənən faktların araşdırılması məqsədi ilə 190 manat verilməsindən imtina edilmiş şəxslərlə bağlı qısa müddət ərzində ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi Apellyasiya Komissiyası yaradılsın və araşdırmaların nəticəsi barədə ictimaiyyətə əsaslandırılmış məlumat verilsin. (190 manatın verilməsindən imtina üçün konkret hansı meyarların əsas götürüldüyü açıqlanmaqla);
  4. Xüsusi karantin rejimi dövründə bilavasitə virusa yoluxmuş xəstələrlə təmasda olmasalar da öz iş yerlərində bayram və istirahət günləri də daxil olmaqla fasiləsiz olaraq fəaliyyət göstərmiş və bununla da xüsusi risk qrupuna aid oluna biləcək poliklinika və xəstəxana həkimləri və digər tibbi personal, həmçinin polis işçiləri və digər bu kateqoriyadan olan şəxslərin əhatə dairəsi müəyyən edilsin və əmək haqqlarına əlvələr ödənilsin;
  5. Yenidən formalaşdırılan Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasında müxalifət partiyalarının  nümayəndələrinin təmsilçiliyi təmin olunsun və komissiya üzvlərinin rotasiya qaydası ilə dəyişdirilməsi həyata keçirilsin.



Ana səhifəyə qayıt        Baxış: 3 581          Tarix: 23-05-2020, 00:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma