Xəbər lenti

 
"İsraili yox olmaqla təhdid edənlər özlərini bu təhlükəyə atırlar".
 
Ovqat.com xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahu ölkənin ictimai xəbər agentliyi KAN-a açıqlamasında İran dini liderinə cavab verərkən belə deyib.
 
Qeyd edək ki, Ayətullah Xamneyi dünən Beynəlxalq Qüds günü münasibətilə veridiyi bəyanatında "Sionist rejim ölümcül xərçəng şişinə bənzətmiş və onun tezliklə mütləq məhv olacağını bildirmişdi:

“Sionist rejim məntəqənin təhlükəsi və ziyanıdır və mütləq aradan gedəcəkdir. Üzüqaralıq və abırsızlıq imkanlarını bu istismar siyasətinin ixtiyarında qoyanların olacaq. Bəziləri bu pis rəftara haqq qazandırmaq üçün deyirlər ki, sionist rejim məntəqənin reallığıdır və bu təhlükə və ziyan ilə mübarizə edib onu məhv etmənin lazım olduğunu xatırlamırlar. Bu gün Korona bir reallıqdır və bütün şüurlu insanlar onunla mübarizəni vacib bilirlər. Ondan daha qədim olan sionizm virusu ondan daha çox qalmayacaq və bu məntəqə cavanlarının imanı və qeyrəti ilə bu məntəqədən kökü kəsiləcək”.
 
Sionizmin tezliklə “məntəqə cavanlarının iman və qeyrətilə məhv olacağını” vurğulayan Ayətullah Xamneyiyə ikinci sərt cavab İsrailin Müdafiə naziri Benni Gantzdan gəlib. O, sosial şəbəkə paylaşımında İsrailin istənilən təhdidə hazır olduğunu, lakin heç kimin buna cəhd göstərməsini tövsiyə etmədiyini vurğulayıb. 


 
İran dini liderinin İsraildə ciddi əks-səda doğuran məlum bəyanatından bəzi hissələr:
 
“Təəssüflər olsun ki bir çox ərəb dövlətləri təqdirə layiq ilkin müqavimətlərdən sonra xüsusilə də əsas amil kimi Amerika Birləşmiş Ştatlarının gəlişindən sonra tədricən təslim oldular. Özlərinin insani, siyasi, islami vəzifələrini və ərəb qeyrətlərini unudaraq yalançı ümidlər ilə düşmənin hədəflərinə yardımçı oldular. Kemp Devid bu acı həqiqətin açık bir nümunəsidir”.
 
“ABŞ və digər Qərb ölkələri və faydasız beynəlxalq təşkilatları ilə müzakirələr Fələstin üçün acı və müvəffəq olmayan bir təcrübə idi.  BMT nin Baş Assambleyasında zeytun budağı göstərmənin Oslo müqaviləsi kimi ziyanları oldu və Yasir Ərəfatın ibrətamiz sonu ilə bitdi”.
 
“Bu gün döyüş meydanının hər iki tərəfində belə bir fərqli fəaliyyətlər ortaya çıxır; müqavimət cəbhəsi günbəgün güclənir və yeni qüvvələr cəzb etməklə irəli gedir və əksinə küfr və zülm cəbhəsi isə günbəgün məyuslaşır və qüdrətsizləşir. Bu iddianın ən aydın nişanəsi məğlub edilməz və sürətli ordu sayılan sionist ordusu və hücum edən iki iri ölkənin ordusunun qarşısını bir neçə günün içində aldılar. Bu gün Livanda və Qəzzədə mübariz xalq güclərinin qarşısında geri çəkilməyə və məğlub olduqlarını etiraf etməyə məcbur oldular”.
 
” Niyə milyonlarla fələstinli yetmiş il gərək öz ev eşiklərindən didərgin halda sürgündə yaşasınlar? Niyə müsəlmanların ilk qibləsi olan Qüdsi Şərifə hörmətsizlik olmalıdır?”
 
“Hamı Fələstin millətinə bu müqəddəs cihadda kömək etməlidir. Hamı gərək mübariz fələstinlilərin əlini dolu və arxasını möhkəm etsin”.
 
 “Bu məsələdə Fələstin Muxtariyyətinin böyük vəzifəsi var. Vəhşi düşmənlə güc və qüdrətdən başqa formada danışmaq olmaz, bu gücün mənbəyi Allaha həmd olsun Fələstinin şücaətli və müqavimətli millətidir”.


Ana səhifəyə qayıt        Baxış: 2 527          Tarix: 23-05-2020, 09:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma