Xəbər lenti

 
“Cənab Prezident,  son zamanlar ölkədə apardığınız kadr islahatları, korrupsioner məmurları layiq olduqları cəzalara layiq görməyiniz məni çox sevindirir. Qarşımda sizin timsalınızda Böyük Ağsaqqalım, uğrunda həyatımı belə, fəda etməyə hazır olduğum Heydər Əliyevin obrazı canlanır”.


 
Ovqat.com xəbər verir ki, bu sözlər mərhum Prezident Heydər Əliyevin ilk xüsusi  qoruması Əmir Hüseynovun Prezident İlham Əliyevə yazdığı məktubundandır.
 
Məktubda daha sonra deyilir:


 
“Cənab Prezident, Sizə bu məktubu yazan mərhum atanızın “mənim fədaim” adlandırdığı Əmir Hüseynovdur. O şəxs ki, bu gün qatı Heydər Əliyev tərəfdarı kimi çıxış edənlərin ondan üz döndərdiyi zamanlarda ulu öndərin qarşısında sinəsini sipər etməkdən çəkinməmişdi. Ulu öndər hakimiyyətə gələndən sonra isə onun təhlükəsizliyinin tam təmin olunduğuna əmin olub dahi rəhbərlə halallaşmış və vəzifəsini öz xoşuyla peşəkarlara həvalə edib sadə vətəndaş həyatına qayıtmışdı. Baxmayaraq ki, mərhum Prezident məni hələ də öz yanında görmək istəyirdi, mən isə bu istəyi fədakarlığımın mükafatlandırılması kimi başa düşmüş və halallaşmağı üstün tutmuşdum. Çünki mənim üçün həmin keşməkeşli dövrlərdə bu ölkənin taleyinin əmin əllərə tapşırılması vacib idi və bu hədəf reallaşmışdı. 


 
Mən həqiqətən də yanılmamışdım. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan çox ağır sınaqlardan üzüağ və bu günlərə gəlib çıxmağı bacardı. Nə yazıq ki, onun sağlığında iç üzünü gizlədə bilən bir çox məmurlar əllərinə fürsət düşən kimi ölkəni talamağa, Sizi və atanızı çətin vəziyyətə salmağa başladılar. Sevinirəm ki, nəhayət, Siz ölkəmizə və nəcib adınıza kölgə salmağa çalışan həmin ikiüzlüləri cəzalandırmağa başlamısınız. Bu işdə yenə də sizin fədainiz olmağa hazıram.



Cənab Prezident, kiçik məktubla Sizə demək istədiyim hər fikrimi ifadə etməkdə çətinlik çəkirəm. Ümidvaram ki, məni qəbul edəcəksiniz və bizim bəzi məsələləri üz-üzə müzakirə etmək imkanımız olacaq.
 
Hörmətlə, Heydər Əliyevin fədaisi Əmir Hüseynov”


 
Qeyd edək ki, Əmir Hüseynov 1991-ci ildə Heydər Əliyev Naxçıvana qayıtdığı gündən onun mühafizəsini təkbaşına boynuna götürmüş və bu fədailik missiyasını 1994-cü ilə qədər davam etdirmişdi. Bəzən ona “Heydər Əliyevin ilk mühafizəçisi” deyilməsindən xoşlanmayan Əmir Hüseynov bu cür xitablara adətən belə cavab verir: “Mən Heydər Əliyevin mühafizəçisi yox, fədaisi olmuşam”.





Ana səhifəyə qayıt        Baxış: 6 922          Tarix: 1-06-2020, 07:45      


Paylaş:   

Ən çox oxunanlar