Xəbər lenti

 
“Əlavə edim ki, Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimovanın və həyat yoldaşının daha bir əmlakı Nyu-Yorkun Bergen səmtində -  1111 RIVER ROAD is Block 33, Edgewater Boro ünvanındadır. Bu mənzil də 2016-cı ildə 152 min dollara xanım diplomatın həyat Aydın Hüseynovun adına alınıb.


 
Ovqat.com xəbər verir ki, bunu araşdırmaçı journalist Cavanşir Həsənli öz facebook səhifəsində paylaşıb.
 
Jurnalist ortaya çıxardığı yeni əmlak barədə yazıb:


 
BMT-nin Baş Qərargahı yaxınlığında yerləşən və bundan haqqında söz açdığım digər mənzil də 2016-cı ildə 165 min dollara alınmışdı.
Üçüncü mənzil isə eyni ünvanda (500 Central Ave is Block 22) 2015-ci ilin oktyabrında 159,999 dollara alınıb. Bu mənzil də xanım diplomatın və həyat yoldaşının adınadır. Ümumilikdə səfir və həyat yoldaşı 2015-ci ilin oktyabrından 2016-cı ilin mart ayına qədər, 6 ay ərzində 3 mənzilə 477 min dollar ödəyiblər. 


 
Öncə qeyd etdiyim kimi cənab Hüseynov ABŞ-dakı şirkətlərdə çalışdığını və Nyu-Yorkda neçə belə əmlak aldığını, bunun şəxsi məsələ olduğunu bildirib”.




 



Ana səhifəyə qayıt        Baxış: 7 449          Tarix: 4-06-2020, 02:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma