Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
Araşdırmaçı jurnalist Cavanşir Həsənli İsveçrədəki səfirimiz Xanım İbrahimovanın Nyu-Yorkdakı evi barədə məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, 165 min ABŞ dolları dəyərində olan bu ev üçün ailə ildə 5500 dollar vergi ödəyir.
Jurnalistin “Xanım diplomat Nyu-Yorkda 165 min dollara aldığı mənzillə bağlı susub. Yəqin hesab edir ki, şəxsi məsələdir, ona görə” fikrinə səfirin həyat yoldaşı Aydın Hüseynov cavab verib.
Ovqat.com-un məlumatına görə, Cavanşir Həsənli bunu az öncə paylaşdığı facebook statusunda bildirib.
Statusda deyilir:
“Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimovanın həyat yoldaşı Aydın Hüseynov Nyu-Yorkda 165 min dollara aldıqları mənzillə bağlı yaydığım məlumata messenger üzərindən cavab yazıb.
O qeyd edib ki, diplomat xanımının və özünün adına aldıqları mənzil şəxsi məsələdir: "Doğru məlumata sahib olduğunuzu hesab etmirəm. Bəli, bu şəxsi məsələdir. Uzun illərdir Wall Street-də işləyirəm və həqiqətən Nyu-Yorkda və digər ünvanlarda mənim və həyat yoldaşımın əmlak satın almışam".
Cənab Hüseynov bunu özü ilə bağlı göndərdiyi məlumatlarla izah edib. Məlumatlarda Aydın Hüseynovun The Benchmark Company, LLC biotexnoloji şirkətində icraçı direktor, bundan əvvəl isə Oppenheimer & Co. Inc. şirkətində maliyyəçi analitik kimi çalışdığı qeyd olunur”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar