Xəbər lenti

 
 
Bu gün Rusiya Xarici İşlər naziri Sergey Lavrovla Müdafiə naziri Sergey  Şoygunun Türkiyəyə səfəri gözlənilir.
 
Ovqat.com-un məlumatına görə, türk həmkarları ilə görüşməsi gözlənilən rus rəsmiləri Liviya məsələsini müzakirə etmək niyyətindədirlər.
 
Müşahidəçilərin fikrincə, zahirən atəşkəs məsələsinin müzakirə ediləcəyi görüşdə əsas mübahisə predmeti Liviyanın Qərb və Şərq hissəsinin sərhədləri olacaq. Nədən ki, 2011-ci ildə Müəmmər Qəzzafinin devrilməsindən sonra Liviyada baş verən vətəndaş müharibəsi ölkənin qərbiylə şərqinin eyni çətir altında yaşamaq imkanlarını azaldıb. Əşirət qaydalarının hökm sürdüyü məmləkətdə tayfaları qan davasından  geri çəkilməyə məcbur etmək müşkül məsələdir və uzun illər Qərblə Şərq arasında gedən mübarizədə onminlərlə insan həlak olub. Gəlinən bu nöqtədən sonra ölkənin iki yaxasını bir arada tutmaq vətəndaş müharibəsinin davam etməsinə yaşıl işıq yandırar.
 
Neft gəlirləriylə dolanan Liviyada iki neft sahəsinin olması və onlardan birinin qərb, digərinin şərq hissəsinə düşməsi də iki ayrı iqtisadiyyatın ortaya çıxmasına münbit şərait yaradır. 
 
Ölkənin qərbinə Türkiyə və İtaliyanın, şərqinə isə Rusiya, Misir və Fransanın nəzarət edəcəyi gözlənilir.
 
Müzakirələrin əsas tıxaca nöqtəsi qərblə şərqin arasında yer alan Sitrə üzərində yaşana bilər. Sitrə Qərbi Liviyanın mərkəzi şəhəri sayılan Tripoliyə daha yaxın olsa da, Şərqi neft sahəsində hasil olunan enerji resusrlarının Aralıq dənizinə nəql olunan yeganə qapısıdır. Bu mənada Şərqi Liviyanın Sirtəyə daha böyük ehtiyacı var. Qərbi liviyalılar isə strateji önəmə sahib olan Sitrəni əldən buraxmaq istəmirlər.
 
Onu da xatırladaq ki, bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin Türkiyəli həmkarına atəşkəs təklifi vermiş, rədd cavabı almışdı. Rusiya rəsmilərinin məhz bu rədd cavabından sonra Ankaraya səfərləri müzakirə ediləcək məsələlərdə ilkin razılığın alınmasına işarədir.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 3 064          Tarix: 14-06-2020, 09:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma