Xəbər lenti
 

Türkiyənin Ərdahan vilayətinin Çıldır rayonunda Kür çayı üzərində inşası tamamlanan Koroğlu bəndi və Kotanlı Su Elektrik Stansiyası (SES) fəaliyyətə başlayıb.

Eastnews.org-un məlumatına görə, bu barədə DHA xəbər verib.

Kür çayı üzərində qurulan Koroğlu bəndi və Kotanlı SES-in açılış mərasimində ölkənin Enerji və Təbii Mənbələr naziri müavini Alparslan Bayraktar, Ərdahan vilayət rəhbəri Hüseyn Öner, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ərdahan üzrə sədri Hakan Aydın iştirak edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da açılış mərasiminə video konfrans vasitəsilə qoşulub.



Alparslan Bayraktar SES-in 125 meqavat quraşdırılmış güclə tam həcmdə işlədiyi zaman ildə 290 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcəyini bildirib.

Qeyd edək ki, Gürcüstan və Azərbaycan ərazisindən keçərək, Xəzər dənizinə tökülən Kür çayının səviyyəsində son vaxtlar enmə müşahidə olunur. Mütəxəssislər həyəcan təbili çalaraq, bunun ciddi problemlərə səbəb ola biləcəyini vurğulayırlar.






Ana səhifəyə qayıt        Baxış: 3 242          Tarix: 7-07-2020, 20:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma