Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
Xəbər verdiyimiz kimi, Sədərək Ticarət Mərkəzinin icraçı direktoru Vaqif Hüseynli saytımız vasitəsilə müvafiq orqanlara video-müraciət edərək, səbəbsiz yerə evdə həbs olunduğunu bildirmişdi.
Şikayətçinin sözlərinə görə, öz xoşuyla Leyla klinikasına koronavirus testi üçün müraciət edib. Yoxlamalar nəticəsində klinika ona koronavirus yoluxucusu diaqnozu qoyub. Diaqnoza inanmayan icraçı direktor Referans Klinikaya yollanıb. Dediyinə görə, ölkənin ən dəqiq diaqnostika mərkəzi sayılan Referans Klinikada verdiyi analizlər isə neqativ çıxıb. Operativ Qərargahda isə Leyla Klinikasının diaqnozu əsas götürülərək Vaqif Hüseynlinin evdən çıxmasına izn verilmir. Beləcə, iş yerinə gedə bilməyən icraçı direktorun bütün iş fəaliyyəti alt-üst olub.
Şikayətçinin bu iddiasına Referans Klinik Laboratoriya Mərkəzindən cavab verilib. Mərkəzin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rübabə Sahib redaksiyamıza zəng vuraraq, Vaqif Hüseynlinin ikinci testinin neqativ çıxmasının yoluxmadığına dəlalət etmədiyini deyib.
Rübabə xanımın bildirdiyinə görə, əvvəla, “Leyla” və “Referans” klinikaları iki ayrı qurum deyil və onların laboratoriyaları eynidir.
İkincisi, pasiyentin ilk dəfə boğazında və burnunda təsbit edilən virusun ikinci test zamanı ortaya çıxmaması mümkün haldır. Çünki o, ikinci testini bir neçə gün sonra verib. Virus isə bir neçə gün ərzində boğaz və burundan daxili orqanlara – ağciyərə gedir. Bu vəziyyətdə boğaz və burun testlərində yoluxma aşkarlanmaya bilər. İkinci test üçün mütləq iki dəfə müxtəlif zaman ardıcıllığı (bir neçə gün fərqiylə) ilə Covid-19 analizi verilməlidir. Əgər hər iki analizin nəticəsi neqativ göstərərsə, pasiyent sağalmış və ya yoluxmamış sayılır.
Referans Klinik Laboratoriya Mərkəzi bununla bağlı bizə pres-reliz də göndərib. Klinikanın rəsmi cavabı olduğunu nəzərə alıb pres-relizi təqdim edirik:
“Ölkəmizdə qlobal pandemiya elan edilən ilk gündən etibarən Operativ Qərargahın nəzarəti altında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) tərəfindən COVID-19 testinin aparılması üzrə gücləndirilmiş iş rejimində çalışırıq. COVID-19 testinin aparılması üçün akkreditə olunmuş laboratoriya mərkəzi olduğu üçün həm Leyla Medical Centerdə, həm də Referans Klinik Laboratoriya Mərkəzində Covid19-la bağlı biomaterialın yoxlanılması və nəticələrin TƏBİB-ə düzgün və zamanında ötürülməsinə dəstək göstəririk.
Qeyd edək ki, TƏBİB-in protokollarına uyğun olaraq Mərkəzimizdə aparılan bütün test nəticələri vətəndaşa təqdim olunmadan öncə birbaşa TƏBİB-in pasiyent məlumatları bazasına yönləndirilir. Əgər nəticə pozitivdirsə, TƏBİB tərəfindən həmin vətəndaşla bağlı müvafiq prosedurlar həyata keçirilir. Belə ki, ilk olaraq pasiyent 21 gün müddətində sosial izolyasiya məqsədilə işdən və insanlarla ünsiyyətdən uzaqlaşdırılır. Onun yaxın 7-14 gün ərzində təmasda olduğu şəxslər müəyyənləşdirilir, pasiyent müalicə üçün xüsusi ayrılmış tibb müəssisəsinə yönləndirilir və s. lazımi işlər görülür. Sözügedən pasiyentin də Covıd-19 analizinin nəticəsi tərəfimizdən TƏBİB-ə ötürülüb və TƏBİB-in səlahiyyətləri altında iş yerinə aidiyyatı üzrə məlumat verilib.
Test nəticəsinin bir neçə gün sonra yenidən yoxlanılması zamanı neqativ olması hazırda tez-tez qarşılaşdığımız bir haldır. Belə ki, proses bir neçə gün ərzində burun-boğaz boşluğundan ağciyərlərə keçdiyi üçün yenidən boğaz və burundan götürülən yaxmanın neqativ nəticələnməsi normaldır. Ağciyərlərə nüfuz etdikdən sonra adətən yaxma nəticəsi neqativ göstərilir. Belə olan halda pasiyentin laborator nəticələri iki dəfə ardıcıllıqla neqativ çıxdıqda pasiyent sağalmış hesab edilir. Bunun əsasında gündəlik sağalmış insanlar sayıda təqdim edilir. Heç bir klinikanın nəticəsində səhv olmadığından əmin ola bilərsiniz. Çünki sözügedən pasiyentin ilk koronavirus testinin nəticələri də elə Referans Klinik Laboratoriya mərkəzinin balansında yoxlanılmışdı.
Hörmətlə,
Rübabə SAHİB
Referans Klinik Laboratoriya Mərkəzi və Leyla Medical” Centerin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar