Xəbər lenti
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
Hövsanda şəhid ailəsinin evini başına uçurublar.
Ovqat.com xəbər verir ki, bunu redaksiyamıza əslən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundan olan Erkan Şahverdiyev bildirib.
Erkan Şahverdiyevin bildirdiyinə görə, ailəsi Hövsan qəsəbəsinin Quşçuluq massivində torpaq alıb və üzərində ev tikmək istəyib. Suraxanı rayon icra hakimiyyətinin Hövsan qəsəbəsi nümayəndəsi Ağasəlim Əliyev tikinti üçün onlardan 5 min manat rüşvət istəyib. İcra nümayəndəsinin bu qanunsuz tələbini yerinə yetirməyən Şahverdiyevlər tikintiyə başlayıblar. Evinin fasadını tamamlamasına az qalmış icra hakimiyyətinin “qolçomaqları” peyda olub və tikinti söküb. Şikayətçinin sözlərinə görə, bununla da ailə 15 min manat zərərə düşüb.
Erkan bəy Sədərək uğrunda döyüşlərdə şəhid olmuş Mübariz Şahverdiyevin qardaşı oğludur və şəhid atası İslam kişi də onlarla yaşayır. Dolayısıyla darmadağın edilən həmin ev şəhidin ailəsinə məxsus imiş.
Şikayətçi onu da bildirib ki, sökülən evin ətrafı yaşayış binaları ilə əhatə olunub. Elədirsə, niyə təkcə şəhid ailəsinin evinin tikilməsinə icazə verilmir? Görünür, Erkan Şahverdiyevin rüşvət iddialarının ciddi əsasları var. Ümidvarıq ki, müvafiq qurumlar bu faktı araşdıracaq və iddialar düz çıxarsa, canını ölkəsi üçün fəda edən şəhid ailəsinə daldalanacağı evı belə çox görən harınlamış məmurları cəzalandıracaq.
Bu ilin fevral ayında baş vermiş söküntü əməliyyatı media qurumları tərəfindən də qeydə alınıb. Videonu təqdim edirik.
P.S. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar