Xəbər lenti

 
 
“Azərbaycanla toqquşmalar Paşinyanın oğlu Aşotun ordudan təxris olmasından cəmi üç gün sonra başlayıb. Baş nazirə qarşı çıxış edənlər bunu təsadüfi saymır və qeyd edirlər ki, Paşinyan hərbi-siyasi qərarlar qəbul edərkən adətən öz şəxsi maraqlarını əsas tutur: axı son bir il ərzində, nə qədər ki, Paşinyanın oğlu əsgərikdə idi, vəziyyət həddindən artıq sakit idi”.
 
Ovqat.com xəbər verir ki, Rusiyanın Qazeta.Ru nəşri bu iddianı irəli sürür. 
 
Nəşrin müəllifi Kristina Sizovanın Tovuz döyüşləri ilə bağlı qələnə aldığı “Paşinyan əhalinin diqqətini daxili problemlərdən yayınmağa çalışır”
məqaləni təqdim edirik.
  
Son 48 saat ərzində Yervanla Bakı arasında münasibətlər gərginləşib. Ötən bazar Azərbaycanla Ermənistanın sərhəddində, daha dəqiqi, Tovuz rayonu ilə Ermənistanın Tavuş vilayətinin sərhəddində – hazırda sakitliyin hökm sürdüyü tanınmamış Dağlıq Qarabağdan bir neçə yüz kilometr aralıda – döyüşlər başlayıb. Hadisə Movses kəndinin yaxınlığında yerləşən döyüş postlarında baş verib.
 
RİA “Novosti”nin məlumatına görə, Azərbaycanın Müdafiə Nazirliyi erməni hərbçiləri tərəfindən mövqelərinin atəşə tutulduğunu bildirib. Ermənistanın Müdafiə Nazirliyi isə, öz növbəsində, bildirib ki, Azərbaycan hərbçiləri artilleriyadan istifadə etməklə, erməni dayaq nöqtəsini ələ keçirməyə çalışıb. Bakıdan verilən məlumata görə, 4 azərbaycanlı hərbçi həlak olub. Erməni tərəfi isə iki polis və üç hərbçinin yaralandığını, ölənlərin olmadığını bildirir.
 
Bazar ertəsi atışmalar davam edib. Yerevan bəyan edib ki, Azərbaycan tərəfi hər 15-20 dəqiqədən bir Ermənistan ərazisin vurur. Ümumiyyətlə, tərəflər atışmalara görə bir-birini günahandırır. Rusiyanın Xaric İşlər Nazirliyi isə iki ölkənin sərhəddində yaranmış vəziyyətdən narahatlığını bildirib, vəzyyətin sabitləşməsi üçün tərəflərə öz köməyini təklif edib.
 
Bundan başqa, məlum olub ki, Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Tovuz rayonunda bir dinc sakin də dünyasını dəyişib.
 
Təsadüfdürmü? Düşünmürəm…
 
Müşahidəçilərin diqqətini bir məqam xüsusi çəkib: Azərbaycanla toqquşmalar Paşinyanın oğlu Aşotun ordudan təxris olmasından cəmi üç gün sonra başlayıb. Baş nazirə qarşı çıxış edənlər bunu təsadüfi saymır və qeyd edirlər ki, Paşinyan hərbi-siyasi qərarlar qəbul edərkən adətən öz şəxsi maraqlarını əsas tutur: axı son bir il ərzində, nə qədər ki, Paşinyanın oğlu əsgərikdə idi, vəziyyət həddindən artıq sakit idi.
 
Və qəflətən gözlənilməz gərginlik
 
Yeri gəlmişkən, Ermənistan baş nazirinin oğlu Dağlıq Qarabağda yerləşən hərbi hissələrdən birində xidmət etdiyi üçün beynəlxalq hüquqa görə avtomatik olaraq cinayətkar sayıla bilər. Qəribəsi həm də odur ki, döyüşlər Qarabağda deyil, Ermənistan-Azərbaycan sərhəddində gedir.
 
Əksər ölkələr kimi, Rusiya da Dağlıq Qarabağı Azərbaycan ərazisi sayır. Odur ki, Yerevan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) bundan əvvəl də münaqişəli vəziyyətlərə qata bilməyib. İndi isə formal olaraq, hadisələr Qarabağdan kənarda baş verir. Görünən odur ki, Ermənistan özünün Azərbaycanla münaqişəsinə Moskvanı da cəlb etmək və bununla Rusiyanı çətin vəziyyətə salmaq istəyir. Məlum olduğu kimi, Rusiyanı Azərbaycanla mehriban qonşuluq və strateji tərəfdaşlıq əlaqələri bağlayır.
 
Bütün bunlar Qarabağda deyil, Ermənistanla Azərbaycanın sərhəddində baş verdiyindən, məsələyə KTMT-ni cəlb etmək mümkündür və yəqin ki, nələrsə müzakirə olunacaq. Hərçənd, toqquşmanın olması o demək deyil ki, məsələyə mütləq hərbi müdaxilə olacaq. İndiki halda KTMT elə Rusiya deməkdir. Çünki orada nə Qırğızıstan, nə Qazaxıstan döyüşmək fikrindədir”, - deyə hərb ekspert Pavel Felgenqauer bildirib.
 
Paşinyan üçün daxili siyasi tələ
 
Bu arada, Ermənistanda karantin rejiminin daha bir ay uzadılmasına qərar verilib. Lakin hökumətin bu qeyri-populyar addımı hərbi məlumatlar arasında itib-batıb. Koronavirus böhranının öhdəsindən gələ bilmədiyi üçün sərt tənqidlərə məruz qalan baş nazir gündəmi dəyişə bilib. Halbuki, Ermənistan əhalinin hər milyon nəfərinə düşən yoluxma sayına görə liderlər sırasındadır, ölüm statistikası isə bölgədəki göstəricilərdən xeyli artıqdır.
 
Koronavirusla mübarizədə iflasa uğradıqlarını baş nazir özü də etiraf edir. O, deyirdi ki, “hazırda Ermənistan cəhənnəmdən keçir”. Bunun fonunda Ermənistanda müxalif “Vətən”, “Daşnaktsutyun” və “Çiçəklənən Ermənistan” partiyalarından ibarət alyans yaradılıb. Bu, Ermənistan hakimiyyətini narahat edir. Onu həm də ölkənin ikinci prezidenti Robert Köçəryanın həbsdən çıxması narahat edir. Çünki bütün bunlar Paşinyanın reytinqinin düşməsi fonunda baş verir. 
 
Prnsipcə bu, yenilik deyil. Məsələn, on minlərlə adamın öldüyü ABŞ-da Trampın da reytinqi düşür.
 
Bu arada, Ermənistan hakimiyyəti antirusiya əhvalını da körükləyir. Gah yerli yayımçıların paketindən Rusiya telekanalları “yox olur”, gah İctimai Televiziyada rus dilində yayımlanan sonuncu veriliş bağlanır… Hələ biz KTMT-nin durmadan fəaliyyətsizlikdə günahlandırılmasını demirik. Xatırladaq ki, Paşinyanın hakimiyyətə gələn kimi gördüyü ilk işlərdən biri KTMT-nin o zamankı baş katibi Yuri Xaçaturovun həbsi olub. Bu gün isə Ermənistan parlamentindəki yeganə Rusiyapərəst “Çiçəklənən Ermənistan” partiyası hakimiyyətin təqibi ilə üz-üzə qalıb. Onun rəhbəri Qagik Tsarukyan barəsində cinayət işi də açılıb.
 
Bir çox ekspert hadisələri birmənalı olaraq məhz belə şərh edir.
 
“Paşinyan Ermənistanda iqtisadi böhranın öhdəsindən gələ, öz vətəndaşlarına hər hansı nailiyyət göstərə bilməyib və bu səbəbdən də açıq-aşkar siyasi təxribata əl atıb. Erməni baş nazir bu yolla əhalinin diqqətini yığılıb qalmış daxili problemlərdən, o cümlədən iqtisadi çətinliklərdən yayındırmaq istəyir”, - deyə Rusiyanın İnnovativ İnkişaf İnstitutunun Strateji Təhlil Mərkəzinin rəhbəri, tanınmış politoloq Andrey İvanov bildirib.
 
Paşinyanın hərəkətlərin məhz belə dəyərləndirənlərin sayı tək ekspertlər arasında deyil, həm də Ermənistan cəmiyyətində artmaqdadır.
 


Ana səhifəyə qayıt        Baxış: 3 329          Tarix: 17-07-2020, 15:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma