Xəbər lenti
Dünən, 22:58
Dünən, 20:00
Dünən, 16:51
Dünən, 14:28
Dünən, 12:52
Dünən, 00:55
8-01-2025, 22:41
8-01-2025, 21:17
8-01-2025, 20:33
8-01-2025, 19:31
8-01-2025, 18:25
8-01-2025, 16:31
8-01-2025, 15:04
8-01-2025, 14:35
Özbəkistanın Turon Akademiyasının prezidenti Ermənistanın Azərbaycanın Tovuz bölgəsinə hücumunu və təcavüzkar siyasətini pislədi.
Ovqat.com xəbər verir ki, bu barədə Turon Akademiyasının prezidenti Haydarbek Bababekovun Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə göndərdiyi bəyanatda deyilir.
Bəyanatın Azərbaycan dilinə tərcüməsini təqdim edirik:
Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən 12 iyul 2020-ci il saat 16:08-də radələrində günorta saatlarından başlayaraq "Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozan Ermənistan Silahlı Qüvvələrinin bölmələri artilleriya qurğularından istifadə edərək Azərbaycan mövqelərinə atəş açdıqlarını" bildirib. Ermənistan silahlı birləşmələri Azərbaycan ordusunun mövqelərini ələ keçirmək məqsədi ilə hücuma keçməyə çalışıb ...
Dağlıq Qarabağdan bir neçə yüz kilometr aralıda yerləşən Azərbaycan-Ermənistan sərhədi xəttində baş verən qanlı hadisələrlə əlaqədar olaraq, müxtəlif mətbu orqanlar ümumilikdə hərbi gücə yönəlmiş Ermənistan-Azərbaycan münaqişəsi barədə xəbərlər yaymağa başladılar. Tarixi xatırlamağa başladıq, kim nə və nə vaxt hansı addımı atdı. Hansı ərazilər kimə məxsus idi və bu münaqişədə ədalətə söykənmək lazımdır. Yəni mövcud sərhədləri yenidən tərtib etmək məsələsi. Əlbəttə, mən Ermənistanı və Azərbaycanı nəzərdə tuturam. Bəziləri Azərbaycanı, bəziləri isə Ermənistanı haqlı sayırlar.
Kim haqlıdır? Bir söz var: "Oğru birinci yumruqlarını atmağa başlayır”. Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və 7 rayonunu kim işğal edib? Cavab sadədir - Ermənistan. Azərbaycan ərazisinin 20% -ni kim fəth etdi? Cavab yenə də sadədir - Ermənistan.
İyulun 12-də sərhədə Azərbaycanın “UAZ” markalı avtomobilini kim atəş etməyə başladı? Yenə cavab eynidir - Ermənistan sərhədçiləri! Erməni tərəfi azərbaycanlıları avtomobildə əsgərlərin olması və ərazilərinə (!!!) girmək istəməsində günahlandırır! Yaxşıdır ki, bu mülki vasitə idi, zirehli personal daşıyıcısı və ya tank deyildi. Bəli, hamı yaxşı başa düşür ki, adi bir “UAZ” avtomobilində olan bir axmaq belə sərhədi keçməz, xüsusən də hərbçilər. Ermənistan tərəfi ictimaiyyətin diqqətini Dağlıq Qarabağ problemindən və onun əhalisini Ermənistandakı pandemiyadan yayındırmaq üçün bu təxribatı əvvəlcədən planlaşdırıb.
Tarix çox yaxşı bilir ki, hökumət öz xalqının diqqətini çətin bir problemdən və hakimiyyətini təhlükədən yayındırmaq istədikdə, qonşu dövlətlərlə müharibəyə başlamaq və ictimaiyyətin diqqətini yayındırmağa cəhd edir!
İndi eyni şey - aktual problemlərdən yayınmaq üçün Ermənistan belə bir sərgüzəştli addım atmaq qərarına gəldi! Onlar üçün bütün üsullar, hətta iyrənc metodlar məqbuldur.
Milli ruhu, ermənilərin vətənpərvərliyini yüksəltmək, onlara silah verərək “millət və Vətən uğrunda öldür və öl deyirlər”. Ancaq "millət", "vətən" bu sözlər altında özlərini nəzərdə tuturlar.
Düşmən kimdir? Vətənini işğalçılardan qoruyan və qanuni ərazisini azad etmək istəyən insanmı?! Bəs sərhədi keçib Dağlıq Qarabağı kim tutub? (Yeri gəlmişkən onların nəzərinə - "Qarabağ" sözünün mənşəyi qədim türk sözüdür "Böyük bağ" kimi tərcümə olunur).
Əsl Azərbaycan ərazisinin 20 faizini kim işğal edib? Atəşkəsi pozan ilk kim oldu? Artıq bir neçə dəfə rəsmi şəkildə öz fikirlərini bildirmiş və atəşkəs barədə birgə qərar qəbul edən və bütün Ermənistan-Azərbaycan problemlərini sülh yolu ilə həll etməyi üstün tutan tanınmış beynəlxalq təşkilatlar haqqında burada bir söz demirəm!
Ermənistan bunu kağız üzərində qəbul etdi (xalqın dediyi kimi - "Kağız hər şeyə dözəcək!"). Amma əslində məqsədlərini davam etdirirlər və mümkün qədər vaxt sərf etmək, hər şey unudulacaq və işğal altındakı ərazilər əbədi olaraq onlara qalacaq deyə düşünürlər. Bu unudulmadığı üçün zaman-zaman yumruqlarını qaldırıb əzələlərini nümayiş etdirirlər. Güclü olduqları ilə qarşı tərəfi hədələyirlər...
Bununla da demək istəyirlər: "Qonşularımızla aqressiv davranıb, hətta onları tutub öldürə və məhv edə bilərik ... və qarşı tərəf siz yalnız oturub susun!"
Yeri gəlmişkən, ötən gün Rusiya Federasiyasının “Zvezda” telekanalında SSRİ Baş Prokurorluğunun keçmiş müstəntiqləri erməni Qdlyan və Rus İvanovun 50 il əvvəl "Özbək pambığı" adlı məsələsində çıxışı nümayiş olundu.
Moskavadan Özbəkistana xüsusi təyin olunmuş erməni prokuror Telman Qdlyanın, Albert Kardaşyanın “Pambıq işi” əməliyyatı, 20 mindən çox özbək türklərini “cinayət" işinə cəlb etməklə, vicdansız və şərəfsiz bir şəkildə qarət etdiyi xalqımızın vəsatlərini, topladığı bütün sərvətləri Özbəkistandan çıxarılması, Özbəkistan SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri olmuş Levon Melkumovun qərəzli və cinayətkar əməlləri nəticəsində minlərlə özbəyin həbs edilməsi, işgəncələrə məruz qalması, həyatlarını itirməsi, Özbək xalqının zülm və məşəqqətlərə məruz qalması.
Heç kimdə şübhə yoxdur ki, Özbək xalqının qanı hesabına toplanmış bu çirkli pullar Respublikamızdan çıxarılaraq Ermənilərin gələcək təxribatları, işğal və etnik təmizləmə siyasətinə sərf olundu.
Son hadisələrdə yayımlanan bəzi məqalələrdə jurnalistlər və siyasi müşahidəçilər Türkiyəni Azərbaycana kömək etmək istədiyini açıq şəkildə qınayırlar.
İnanıram ki, Türkiyə dövlət olaraq tamamilə düzgün addım atdı - Azərbaycana bağlı olduğunu və daim onun yanında olacağını bəyan etdi.
Mən Türkiyə prezidentinin bu qardaşlıq bəyanatını, türk liderlərin qətiyyətli adımlarını qınayan bəzi siyasi şərhçilərə və beynəlxalq jurnalistlərə təəccüb edirəm.
Təsəvvür edin, "əziz" cənablar, politoloqlar və jurnalistlər: axşam evə qayıdırsınız və evinizin yaxınlığında bir soyğunçu sizə hücum edir, əmlakınızı əlinizdən alır və çox hörmət etdiyiniz qonşunuz gələrək dəhşətli bir şeyin baş vermədiyini iddia edir. Belə bir hadisəni necə qiymətləndirərdiniz?
Məncə, çox şey fəlsəfələşdirmək lazım deyil, ilk növbədə silahlı toqquşmaları, atəşləri dayandırmaq, təcavüzkarın Azərbaycanın işğal edilmiş qanuni torpaqlarından çıxmasını və bu ərazilərin bütün dünyanın tanıdığı qanuni sahiblərinə qaytarmağa məcbur etmək üçün xüsusi tədbirlər görmək lazımdır.
Gündəlik həyatda kimsə soyulduqda nə olur? Polis cinayətkarı tutur, onu qınayır və oğurlanmış, soyulmuş əmlakını, zəbt olunmuş mülkünü sahibinə qaytarır.
Əlbətdə, dövlətlərə gəldikdə, polis gücsüzdür. Bu kimi problemləri həll etmək üçün səlahiyyətli beynəlxalq təşkilatlar var.
Problemin yeganə həll yolu səbəbin aradan qaldırılması, yəni işğalın dayandırılmasıdır. Azərbaycanın işğal olunmuş ərazilərinin 20 faizini geri qaytarmaq, etnik təmizləməyə məruz qalan, təxminən 30 il doğma torpaqlarından didərgin düşmüş bir milyon köçkünün öz doğma yurdlarına qaytarmaq, Ermənistanın isə qonşu dövlətlərə ərazi iddialarına son qoymaqdır.
Əks təqdirdə bölgədəki bu münaqişə həll olunmayacaq, vəziyyət daha da təhlükəli fazaya qədəm qoyacaqdır.
Gələcək üçün nəsillərimizə bir Turan aliminin, ziyalısının tövsiyəsi: Xalqlarımızı bu bəlalardan, işğal, əsarət, etnik təmizləmə, soyqırım və bütün ayrıseçkilikdən qurtarmaq, gələcək övladlarımızın digər xallar kimi azad və firavan yaşamaları, təhlükəsizliyi və xoşbəxt bir gələcəyi üçün türk xalqları cəsarət, iradə nümayiş etdirməli, Türk Şurası ətrafında birləşərək, bir bayrağa səcdə etməlidirlər (bunun müqəddəs adı “Turon”dır). Türk xalqlarının təhlükəsizliyi üçün çoxşaxəli əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş olarsa, bir sözlə desək biz bir yumruq, bir konfederasiya olarıqsa, bütün bu iztirablardan qurtulmuş, xalqlarımızın xoşbəxt gələcəyini təmin etmiş olarıq.
Mən İlham Əliyevin və Türkiyə hökumətinin erməni təcavüzü ilə bağlı strategiyasını və taktikasını tamamilə dəstəkləyir, qardaş Azərbaycan xalqının işğal və təcavüzə qalib gələcəyinə inanıram.
Biz iki əsrə yaxın regionda ədalətsizliyə, işğala, etnik təmizləməyə, soyqırıma, hər cür haqsızlığa məruz qalan qardaşlarımızın - Azəri türklərinin yanındayıq və qoy Tanrı da qardaşlarımıza yar və yardımçı olsun.
Haydarbek Bababekov,
Özbəkistan "Turon" Elmlər Akademiyasının prezidenti və akademiki, Leybniz Avropa Təbiət Elmləri Akademiyasının akademiki,
"Nuri Xoca" adına Orta Asiya Xalq Akademiyasının akademiki,
Tarix elmləri doktoru, "Turon Tarihi" jurnallarının baş redaktoru.
22 iyul 2020.
Özbəkistan Respublikası, Daşkənd şəhəri.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər