Xəbər lenti
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
Azərbaycan Türkiyə Ordusu ilə birgə hərbi təlimlərə başlayıb. Bunun üçün Türkiyədən Azərbaycana canlı qüvvə ilə yanaşı, hərbi texnika, o cümlədən hücum vertolyotları gətirilib. Təlimlər Ermənistan-Azərbaycan sərhədində münaqişənin gərginləşməsi fonunda başlayıb.
Ovqat.com xəbər verir ki, “Türaz Qartalı-2020” təlimindən bəhs edən yazısında Rusiyanın “Moskovskiy komsomolets” nəşri bunu Türkiyənin Azərbaycana verdiyi hərbi-psixoloji dəstək kimi qiymətləndirib.
“Ekspertlərin fikrincə, bu, daha çox Ankaranın müttəfiqlərinə dəstəyini ifadə etmək istəyindən irəli gəlir”,-nəşrin “Ekspert Türkiyənin Azərbaycana qoşun yeritməsinin səbəblərini izah edir” sərlövhəli məqaləsində belə deylir.
Bəs Ərdoğan Qarabağ münaqişəsində nə qədər dərinə getməyə hazırdır?
MK bu sualla ekspertlərə müraciət edib.
Azərbaycan ərazisində bu günlərdə başlamış genişmiqyaslı birgə hərbi təlimlər avqustun 10-dək davam edəcək. Təlimlərə hər iki ölkənin Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Quvvələri, həmçinin zirehli texnika və artilleriyası cəlb olunub.
Quru qoşunlarının manevrləri avqustun 1-dən 5-dək Naxçıvanda, Hərbi Hava Qüvvələrinin birgə təlim uçuşları isə iyulun 29-dan avqustun 10-a qədər Naxçıvan, Gəncə, Kürdəmir və Yevlaxda keçiriləcək.
Təlimlər Ermənistanla Azərbaycanın sərhədində baş vermiş növbəti gərginliyin fonunda keçirilir. İyulun ortasında tərəflər bir-birinə artilleriya zərbələri endirib. Nəticədə hər iki tərəf itki verib, o cümlədən Azərbaycan Ordusunun general-mayoru həlak olub.
Mütəxəssislər qeyd edir ki, Ermənistan sərhədinin yaxınlığında keçirilən birgə hərbi təlimlər müttəfiqlərin Yerevana güc nümayişidir. Hərbi ekspert Yeri Lyamin MK-ya bildirib ki, bu təlimlər hərbi xarakterdən çox mediatik xarakter daşıyır.
- Qeyd etmək lazımdır ki, Azərbaycanla Türkiyə arasında birgə təlimlər mütəmadi olaraq keçirilir. Yəni bu, hər il olmasa da, kifayət qədər tez-tez baş verir və nadir hal sayıla bilməz. O cümlədən təlimlərin Naxçıvanda, Ermənistan sərhədinin yaxınlığında keçirilməsində də qeyri-adi heç nə yoxdur. Səbəb sadədir. Azərbaycanın bu bölgədəki ordusunun təminatı Türkiyə vasitəsilə həyata keçirilir.
Təlimlərin media yönümlü olduğu aşkardır. Məqsəd Türkiyənin Azərbaycana dəstəyini, əməkdaşlığın səviyyəsini göstərməkdir. Məlumdur ki, Bakı ilə Ankaranı sıx hərbi əlaqələr bağlayır. Azərbaycan zabitləri Türkiyədə hazırlıq keçir, həmçinin Azərbaycan bu ölkədən fəal şəkildə silahlar alır.
- Bəs Türkiyə münaqişəyə qarışmaq istəmir?
- Təkrar edirəm, təlimlər özü-özlüyündə nadir hadisə deyil. Onun ətrafında qaldırılmış hay-küy isə Ermənistanla Azərbaycan arasında yaranmış gərginlikdən irəli gəlir. Anlamaq lazımdır ki, münaqişənin Ermənistan ərazisinə keçməsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işə qarışması deməkdir. Azərbaycanın Türkiyənin köməyilə Qarabağ məsələsini həll etməyə – itirilmiş torpaqları qaytarmağa çalışması bir məsələdir, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə hücum başqa məsələ.
- Bəs mümkün münaqişə zamanı Türkiyə öz müttəfiqini hansı formada dəstəkləyə bilər? Burada ağıla Liviya ilə müqayisə gəlir. Türkiyə orada hücum üçün özünün pilotsuz uçuş aparatlarından (PUA) fəal istifadə edir.
- Türkiyənin Azərbaycana yeni PUA-lar satması, yaxud yerli operatorların bu işi öyrənməsinədək öz PUA-lanını buraya gətirməsi, onlardan istifadə olunması mümkündür.
- Təlimlərə Türkiyə və Azərbaycanın Hərbi Hava qüvvələri də cəlb edilib. Münaqişə qızışarsa, onların istifadə olunması ehtimalı nə qədərdir?
- Hər iki münaqişə tərəfi bölgə üçün çox əhəmiyyətli sayılacaq Hava Hücumundan Müdafiə sistemlərinə sahibdir. Odur ki, münaqişədə aviasiyadan istifadənin böyük itkilərə səbəb olacağını söyləmək mümkündür. Bu səbəbdən, yəqin ki, bu münaqişədə daha çox PUA-lara üstünlük veriləcək.
Artemiy Şarapov
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar