Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
Düşmənlərinə “TurAz Qartalı” və qurudakı hərbi təlimlərlə mesaj verən Azərbaycanla Türkiyə güc nümayişini donanmaları vasitəsilə Aralıq dənizinin şərqində davam etdirəcək.
Ovqat.com xəbər verir ki, bu məlumatı Türkiyənin “Yeni Şafak” nəşri yayıb.
Nəşrin “Azərbaycan “Aralıq dənizi Qalxanı”nda: İki qardaş ölkə güc birlikliyini Şərqi Aralıq dənizində əks etdirməyə hazırlaşır” sərlövhəli xəbərində deyilir:
Azərbaycanın Türkiyənin liderliyilə icra olunan “Aralıq dənizi Qalxan Hərəkatı”na qoşulmağa hazırlaşdığı bildirilir. Məlum olduğu kimi o, ticarət və enerji xətlərilə regionun əsas dövlətlərindən biridir.
“TurAz Qartalı” hərbi təlimlərilə hava qüvvələrinin, Naxçıvandakı birgə təlimlərlə isə quru qoşunlarının birgə təlim qabiliyyətini sınaqdan keçirən Türkiyə ilə Azərbaycan bu dəfə əzələ nümayişini donanmaları vasitəsilə Aralıq dənizinə daşımağa hazırlaşırlar.
Xəzər dənizində ən güclü donanmalardan birinə sahib olan qardaş ölkə Azərbaycan, Türkiyənin liderliyilə həyata keçirilən “Aralıq dənizi Qalxanı” təlimlərinə qatılmağa hazırlaşır. Türkiyənin dənizlərdə keçirdiyi təlimlərdə hər zaman yüksək səviyyədə iştirak edən Azərbaycan donanması bu dəfə Ankara ilə Aralıq dənizində ticarət və enerji təhlükəsizliyinin təminində əməkdaşlıq edəcək. İki ölkənin Hərbi Dəniz Qüvvələri arasında yekun anlaşmanın əldə olunmasında həlledici mərhələyə çatıldığı deyilir.
Prioritet məlumat mübadiləsidir
Türkiyənin 2006-cı ildən indiyədək təkbaşına həyata keçirdiyi “Aralıq dənizi Qalxanı” təlimlərinin beynəlxalq status qazanması üçün Aralıq dənizi sahillərində yerləşən, bu dənizin ticarət və enerji dəhlizlərindən istifadə edən 9 dost və qardaş ölkə ilə danışıqlara təxminən 2 il əvvəl başlanmışdı. Onların təlimlərə daha çox məlumat mübadiləsilə töhfə verəcəkləri gözlənilir.
Xəzər hövzəsində yerləşməsinə baxmayaraq, Bakı-Tbilisi-Ceyhan boru xəttilə neft nəql edən Azərbaycan, Şərqi Aralıq dənizilə ticarət və enerji nəqli xətlərilə regionun önəmli dövlətlərindən biridir. Bəzi məlumatlara görə, ittifaqa Azərbaycan və Türkiyənin qardaşlıq münasibətilə yanaşı, enerji sahəsində güclü əməkdaşlıq etdikləri Qazaxıstanla Türkmənistan da qoşula bilər.
Əhatə dairəsi genişlənir
“Aralıq dənizi Qalxanı” təlimi beynəlxalq statusu 2019-cu ilin noyabrında əldə edib. Ona kənardan ilk qoşulmuş dövlət Pakistandır. O, bu təlimlərə “Şərqi Aralıq dənizi-2019” dəvət təlimində iştirak etdikdən sonra qatılıb. O zaman təlimlərə 2 müşahidəçi heyətlə İordaniya da qoşulmuşdu.
Beləliklə, “Aralıq dənizi Qalxanı” Pakistan və İordaniyanın iştirakı ilə beynəlxalq təlim elan olunub. Növbəti təlimlərdə Azərbaycanla yanaşı Tunis, Liviya, Əlcəzair, Livan, Gürcüstan və Albaniyanın da iştirakı gözlənilir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar