Xəbər lenti

 
 
Üç amerikalı senatordan ibarət qrup Almaniyanın Mukran limanının operatorunu "Şimal Axını-2" layihəsinə yardım edəcəkləri təqdirdə sanksiyalarla təhdid edib. 
 
Ovqat.com xəbər verir ki, məlumatı Almaniyanın “Handelsblatt” nəşri senatorların məktubuna istinadən yayıb.
 
Məlumata görə, Ted Kruz, Tom Kotton və Ron Conson Almaniyanın operatoru şirkəti “Faehrhafen Sassnitz”-ə rəsmi xəbərdarlıq məktubu göndərib. Liman "Şimal Axını-2" Logistika bazasına xidmət edir. Limanda boru kəmərinin tikintisi üçün borular saxlanılır, həmçinin layihəni başa çatdıra biləcək "Akademik Çerski" gəmisi lövbərlənib.
 
Senatorların fikrincə, “Faehrhafen Sassnitz” şüurlu layihəyə kömək edir. O, Rusiya gəmisinə nəqliyyat imkanı verir. Məktubda deyilir ki, əgər müəssisə layihədə iştirak etməyə davam edərsə, onu "maliyyə məhvi" gözləyir. Senatorlar “Faehrhafen Sassnitz”-ə "Akademik Çerskiy"in ilk borunu suya salmasından dərhal sonra ABŞ-ın sanksiyaları altına düşəcəyi barədə xəbərdarlıq etdi.
 
Bildirildiyinə görə, ABŞ-ın bu təhdidilə qarşılanan yeganə operator şirkəti “Faehrhafen Sassnitz” da deyil. 2019-cu ilin sonunda ABŞ-ın "Şimal Axını-2"-yə qarşı ilk sanksiyaları tətbiq etməsindən sonra, İsveçrənin "Allseas" şirkəti də analoji məktub alıb. O, sanksiya təhlükəsi altında qalaraq Rusiya ilə əməkdaşlıqdan imtina edib. Bu da layihənin təhvil verilməsi müddətini uzadıb, 2019-cu ilin sonundan 2021-ci illərin sonlarına qədər təxirə salınmasına yol açıb. 
 
ABŞ senatorlarının “Faehrhafen Sassnitz”-ə göndərdiyi məktub layihənin növbəti ildə başa çatdırılması ehtimalını da şübhə altına qoyur. Çünki Avropa şirkətlərinin heç biri Rusiyanın qaz kəməri naminə “maliyyə qiyaməti”lə üzləşmək istəmirlər. Məsələ burasındadır ki, qlobal finans sistemi ABŞ-ın əlindədir və Vaşinqton istənilən şirkətin, yaxud dövlətin hesablarını dondurmaqla onu iflasa sürükləyə bilir. Rusiyanın, İranın, Şimali Koreyanın çabaladığı bu bataqlığa Qərb ölkələrinin iri şirkətləri düşmək, ağrımayan başlarına dəsmal bağlamaq istrəmirlər. 
 
Xüsusilə cari ilin ortalarından “Şimal axını-2” layihəsinə ABŞ-ın təzyiqlərinin artması müşahidə olunur. 2020-ci ilin iyul ayının ortalarında ABŞ Dövlət Departamentinin sədri Mayk Pompeo bütün Avropa müttəfiqlərini “Şimal axını -2” layihəsindən imtina etməyə çağırdı. Ardından ABŞ Konqresinin Nümayəndələr Palatası sanksiyaların genişləndirilməsinə səs verdi. Konqresin çıxardığı qərarda “Şimal axını-2” layihəsində iştirak edən bütün şirkətlərə ağır sanksiyaların tətbiq olunması nəzərdə tutulur. 
 
 


Ana səhifəyə qayıt        Baxış: 3 720          Tarix: 8-08-2020, 09:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma