Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Azərbaycan “Qarabağ” yatağında neft platformasının qurulması üçün müvafiq infrastrukturu Xəzər dənizinə salıb. O, bu neft yatağının da istismarı ilə, neft gəlirlərinin artırılması istiqamətində ciddi addımlar atacağını bəyan edib.
Ovqat.com “TasnimNews”-a istinadən xəbər verir ki, bu günlərdə Azərbaycanın Xəzər dənizində yerləşən “Qarabağ” yatağında neft platformasının inşası istiqamətində ölkə prezidenti İlham Əliyevin də iştirakı ilə ilk əməli addım atılıb.
Azərbaycanın 1990-cı illərin əvvəllərindən istismarını planlaşdırdığı bu yatağın əvvəlcə Avropa şirkətlərinin iştirakı ilə işlənməsi planlaşdırılırdı. Lakin yataqdakı neft ehtiyatının həcmilə bağlı risklər üzündən, avropalı tərəfdaşlar bu əməliyyatdan imtina etmişdi. Nəticədə, Azərbaycan yatağın istismarı üçün infrastrukturun yaradılmasına özünün dövlət neft şirkəti olan SOCAR-ın operatorluğu ilə başlayıb.
“Qarabağ” Azərbaycanın müstəqilliyinin dərhal sonra kəşf edilmiş ilk neft yatağıdır. Onun üzərində qurulan neft platforması Xəzər dənizindəki ən böyük neft platforması olacaq. 16 min tonluq platformanın hündürlüyü 190 metr olacaq. Onunla dənizin 180 metr dərinliyindən neft hasil ediləcək. İstismara 2022-ci ildə başlanılması planlaşdırılır.
Proqnozlar yataqda 60 milyon ton neft olduğunu göstərir. Lakin həcmin daha çox ola biləcəyi istisna edilmir. Məlumata görə, bu yataq Azərbaycanın ildə əlavə 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil etməsinə imkan verəcək.
Platformanın dənizə salınması mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev bu yataqda neftin həcminin gözləniləndən çox olacağına ümid etdiyini söyləyib. O, bundan əvvəl “Azəri-Çıraq-Günəşli” neft yataqları blokundan da proqnozlaşdırılandan artıq neftin çıxdığını xatırladıb. O zaman avropalı tərəfdaşlar yataqda 511 milyon ton neftin olduğunu proqnozlaşdırsalar da, sonradan ehtiyatın 1 milyard tondan çox olduğu üzə çıxmışdı.
İlham Əliyev “Qarabağ” yatağının ölkənin neft gəlirlərini artıracağını bildirib.
Neft gəlirləri Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir. Odur ki, ölkə neft-qaz sahəsinə ciddi investisiya qoyub. O, bu gün də neft yataqlarının məhsuldarlığını artırmaqla, davamlı enerji ixracını təmin edir. Hazırda Azərbaycanın əsas gəlir mənbəyi “Azəri-Çıraq-Günəşli” yataqlar blokudur. Bakı bu sahəyə xarici sərmayə cəlb etmək, bu sahədə texnologiyanı təkmilləşdirmək üçün davamlı şəkildə əlindən gələni edir.
Bundan başqa, hazırda Azərbaycan özünün ən böyük qaz layihələrindən olan “Şahdəniz” layihəsinin işlənməsinin ikinci mərhələsini də reallaşdırır. Eyni zamanda, gələn ildən birinci mərhələdə 1,5 milyard kubmetr qazın hasil olunacağı “Abşeron” yatağının da istismarına başlanacaq və yataqdan hasil olunacaq qaz xaricə satılacaq. “Abşeron” yatağının işlənməsinin ikinci fazasında hasilatın 6 milyard kubmetrədək artacağını gözlənilir.
Son illərdə Azərbaycan Avropa bazarlarına karbohidrogen ehtiyatları nəql etməklə tanınır. Avropaya qaz nəqli məqsədilə “Cənub Qaz Dəhlizi” layihəsi həyata keçirilməkdədir. Ayrı-ayrı hissələrdən ibarət, uzunluğu 3500 kilometr olacaq boru xəttinin çəkilişi davam edir. Bakının Avropanın enerji bazarında daha effektli iştirakçıya çevrilməklə bağlı uzunmüddətli planı var. Bu gün Gürcüstan və Türkiyə ilə yanaşı, Bolqarıstan, Yunanıstan, İtaliya və Albaniya Azərbaycanın neft-qaz alıcıları hesab olunur. Bakı 2019-cu ildə karbohidrogen ixracından 15,4 milyard manat qazanıb. Lakin dünya bazarında neftin ucuzlaşması ilə Azərbaycan da müəyyən problemlərlə üzləşib. Odur ki, hökumət iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ciddi addımlar atır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar