Xəbər lenti
Dünən, 23:43
Dünən, 21:48
Dünən, 18:25
Dünən, 16:30
Dünən, 12:12
Dünən, 11:23
Dünən, 09:32
2-02-2025, 23:11
2-02-2025, 22:52
2-02-2025, 22:00
2-02-2025, 20:41
2-02-2025, 19:52
2-02-2025, 17:34
2-02-2025, 16:13
2-02-2025, 15:45
2-02-2025, 15:15
Ankara İrəvana getməsi planlaşdırılan Almaniya Hava Qüvvələrinə məxsus bir nəqliyyat təyyarəsinin Türkiyə hava sahəsindən istifadə etməsinə icazə verməyib.
Ovqat.com alman dərgisi “Spiegel”-ə istinadən xəbər verir ki, rəsmi Berlin də bu faktı təsdiqləyib.
Məlumatına görə hadisə iyul ayında baş verib. Bu o vaxtdır ki, Ermənistan ordusu Azərbaycanın Tovuz rayonuna hücum etmiş, iki ölkə arasında ciddi döyüşlər gedirdi. Məhz belə bir zamanda Almaniya ordusu Ankaraya müraciət edərək Türkiyə üzərindən uçuş icazəsi istəyib. Həftəlik jurnalın yeni sayında yer alan xəbərdə sözügedən uçuşun Ankara tərəfindən bloklandığı və bunun türk-alman münasibətlərində "gərginliyə səbəb olan yeni bir qalmaqal"a yol açdığı bildirilir.
Məlumata görə, Türkiyənin geri çevirdiyi Airbus A310 MRTT təyyarəsi Almaniya Hava Qüvvələri tərəfindən istifadə edilən, DaimlerChrysler Aerospace Airbus və Lufthansa Technik ilə ortaq şəkildə modernləşdirilmiş hava nəqliyyatıdır. A310 MRTT yanacaqdoldurma tankeri, yük daşınması və tibbi evakuasiya (MEDEVAC) kimi missiyalar üçün istifadə olunur
Berlinin iddiasına görə, Kölndən havalanan təyyarə Ermənistan-Almaniya əməkdaşlıq protokoluna uyğun olaraq, guya Əfqanıstana əsgər daşıyırmış.
“Spiegel” təyyarə geri qayıtdıqdan sonra iki dövlət arasında uzun danışıqların heç bir nəticə vermədiyini və təyyarənin daha sonra Rusiya ərazisindən keçərək Ermənistana getdiyini bildirib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər