Xəbər lenti

 
Türk ordusunun Osmanlıdan sonra ilk dəfə regional təsirini bu qədər genişləndirib.
 
Ovqat.com xəbər verir verir ki, bu iddianı ABŞ-da nəşr olunan “Washington Post” qəzeti irəli sürüb.
 
Liviyadakı müharibənin tarazlığını dəyişdirmək üçün Türkiyənin bu ölkəyə əsgər göndərməsini xatırladan müəllif Türk ordusunun hərbi əməliyyatlar apardığı coğrafiyanı sadalayıb.
 
 "Türk ordusu Suriyadakı, İraqdakı, Qətərdəki Somali və Balkanların fəaliyyətlərini göstərir. Eyni zamanda Aralıq dənizi və Egeydə patrul xidməti həyata keçirir”,-məqalədə belə deyilir.
 
Türk Silahlı Qüvvələrinin hazırda fəaliyyət göstərdiyi coğrafiyanın xəritəsini yayımlayan nəşr bildirib ki, Birinci Dünya Müharibəsindən bəri Türkiyə Suriyada ən böyük hərbi əməliyyatlarını keçirib.
 
Məqalədə Türkiyənin Azərbaycanda keçirdiyi hərbi əməliyyatlara da diqqət ayıran müəllif yazıb: "Türkiyənin bu ölkədəki hava bazasına çıxışı var”.




Ana səhifəyə qayıt        Baxış: 3 228          Tarix: 1-09-2020, 13:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma