Xəbər lenti
 

“Təxribatçı erməni zabitinin görüntülərini yayan hərbçilərin ordu sıralarından uzaqlaşdırılması səhv qərardır”.
 
Ovqat.com xəbər verir ki, bu fikirlər Azərbaycan Milli İstiqlal Partiyasının erməni kəşfiyyatçsını saxlayan Milli Ordu mənsublarının ordu sıralarından təxris olunması ilə bağlı məsələyə münasibətində əks olunub.
 
“Avqustun 23-də Goranboy rayonu istiqamətində təxribat törətməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandirini tutan hərbi qulluqçuların ehtiyata buraxılması və onlarla bağlı Hərbi Prokurorluğa müraciət edilməsi ilə bağlı Müdafiə Nazirliyinin yaydığı məlumat təəssüf və təəccüb doğurur. 
 
Erməni təxribatçısının tutulmasında iştirak edən zabit və gizirlərin ordu sıralarından təxris olunaraq ehtiyata buraxılması Milli Ordunun əsgər və zabit heyətində təəccüb doğurduğu kimi bütün Azərbaycan ictimaiyyətində də hiddət doğurur. 
 


Orduda məxfiliyə əməl edilməsinin vacibliyini dərk edərək bildiririk ki, verilən qərar zabit və gizirimizin əməlinə adekvat deyil.  Düşmən ordu mənsubunun tutulmasında iştirak edən və deməli ki, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirən zabit və gizilrlərimizin, saxlanılan ermənini çəkərək yayması heç bir halda dövlət sirrini yaymaq və məxfilik prinsiplərini pozmaq kimi qəbul olunmamlıdır. Bununla bağlı tənbeh qərarları qəbul oluna bilər. Amma bu qərar heç bir halda igid zabit və gizirlərimizin ordudan ehtiyata buraxılması və haqlarında hərbi prokurorluğa müraciət olunması ilə bağlı olmamalıdır.
 
Əksinə erməni kəşfiyyatçısının saxlanılmasında iştirak etmiş hərbi qulluqçuların mükafatlandırılması və bununla da ordunun digər mənsublarının da döyüş ruhunun qaldırılması, yalnız bundan sonra baş vermiş xəta ilə bağlı qərar qəbul olunmalı idi. Çünki baş vermiş hadisə cinayət xarakterli deyil və özündə yalnız və yalnız qadağalara zidd olaraq xəta elementlərini ehtiva edir.
 


Düşmən ölkə rəhbərliyinin Milli qəhrəmanımız Mübariz İbrahimovun əli bağlı cəsədini çəkib yayan erməni əsgərlərinə milli qəhrəman adı verdiyi, generalımız Polad Həşimovun qətlində iştirak etmiş hərbçiləri orden və medallarla təltif etdiyi bir vaxtda, erməni kəşfiyyatçısının görüntülərini yaydığına görə  Azərbaycan ordusu mənsublarının ehtiyata buraxılması və haqlarında qərar verilməsi üçün hərbi prokurorluğa müraciət edilməsi başa düşülən deyil və heç bir halda qəbul edilə bilməz.
 
Milli İstiqlal Partiyası olaraq dərhal verilmiş qərar haqqında araşdırma başlamısını və belə bir qərarın verilməsində iştirak etmiş şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edirik”. 

 


Ana səhifəyə qayıt        Baxış: 6 054          Tarix: 12-09-2020, 07:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma