Xəbər lenti
 
 
Avropa İnsan Haqları Məhkəməsi “Şuriyə Zeynalov Azərbaycana qarşı” işi üzrə qərar çıxarıb və Azərbaycan hökumətini 37 min avro məbləğində cərimələyib.
 
Ovqat.com-un məlumatına görə, Avropa İnsan Haqları Məhkəməsi bir neçə gün əvvəl bu barədə hökm çıxarıb.
 
Hökmün ölkəmizə vurduğu zərər təkcə maddi cəhətdən ölçülmür. Bu hökm həm də Azərbaycanın onsuz da xoş olmayan dövlət imicinə daha çox kölgə salınmaqla tarixə düşəcək.
 
Məsələ burasındadır ki, 9 il əvvəl Naxçıvan MTN İrana işləmək şübhəsilə Turac Zeynalov adlı bir vətəndaşı göz altına almış və bir neçə gündən sonra onun meyitini ailəsinə təhvil vermişdi. Ailəni susdurmaq üçün isə Turac Zeynalovun xanımını təxribata çəkən Naxçıvan xüsusi xidmətçiləri qaş düzəldərkən göz çıxarmışdılar.
 
Məhz bütün bunlara görə Turac Zeynalovun atası Azərbaycan hökumətini oğlunun ölümündə günahlandıraraq Avropa Məhkəməsinə müraciət etmişdi.
 
Bildirilir ki, 72 yaşlı Şuriyə Zeynalovun iddia ərizəsində 2011-ci ildə onun 31 yaşlı oğlu Turac Zeynalovun Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Nazirliyində işgəncə nəticəsində vəfat etdiyi bildirilib.
 
 
Avropa İnsan Haqları Məhkəməsi də onun şikayətini haqlı görüb, Azərbaycan dövlət strukturlarının əməllərində İnsan Haqları və Fundamental Azadlıqlar haqda Konvensiyanın yaşamaq hüququ və işgəncəyə məruz qalma ilə bağlı iki maddəsini pozduğunu təsbit edib.
 


Ana səhifəyə qayıt        Baxış: 3 868          Tarix: 16-09-2020, 15:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma