Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Rusiya Barak Obama rəhbərliyindən texnoloji məlumatlar aldıqdan sonra öz səsdəniti silahlarını yarada bilib.
Ovqat.com xəbər verir ki, bu iddianı ABŞ prezidenti Donald Tramp dünən Minnesota ştatında keçirdiyi seçkiqabağı mitinqində irəli sürüb.
"Bilirsinizmi, Rusiyanın bir raketi var; super puper-hipersonik silahlar. Mən ona “super-puper” də deyirəm. Onlar adi raketdən beş dəfə daha sürətlidirlər. Amma bizim daha yüksək sürətlə uçan raketimiz də var",-Tramp bildirib.
Tramp Rusiyanın səsdəniti silah texnologiyasını ABŞ-dan “oğurladığını” iddia edib və bu səhlənkarlıqda Barak Obamanı günahlandırıb: “Rusiya bu məlumatları Obama administrasiyasından alıb. Daha doğrusu, bizdən oğurlayıb. Bunu bilirdinizmi? Bəli, Rusiya bu məlumatları oğurlayıb və sonra həmin raketi yaradıb".
Tramp eyni zamanda ABŞ-ın dünyanın ən güclü silahına sahib olduğunu, amma bununla bağlı heç bir açıqlama verməyəcəyini də fikirlərinə əlavə edib: "Biz bəşəriyyətə məlum olan ən güclü silahı yaratmışıq. Yalnızca bu qədərini söyləyə bilərəm və bunun hansı silah növü olduğunu isə söyləməyəcəyəm. Bu barədə bilməməyiniz daha yaxşı olar. Allah dünyanı nə vaxtsa ondan istifadə etməyimizdən qorusun. Ancaq insan tərəfindən yaradılan ən güclü silah bizdədir,-Amerika prezidenti belə deyib.
Qeyd edək ki, bu, Trampın ilk iddiası deyil. O, may ayının ortalarında da Vaşinqtonun “super-puper raket” inkişaf etdirdiyini açıqlamışdı. Bildirmişdi ki, ABŞ istehsalı olan həmin raket "dünyanın ən sürətlisi” olacaq. Tramp o vaxt da təfərrüatlara girməmişdi.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar