Xəbər lenti
Dünən, 23:43
Dünən, 21:48
Dünən, 18:25
Dünən, 16:30
Dünən, 12:12
Dünən, 11:23
Dünən, 09:32
2-02-2025, 23:11
2-02-2025, 22:52
2-02-2025, 22:00
2-02-2025, 20:41
2-02-2025, 19:52
2-02-2025, 17:34
2-02-2025, 16:13
2-02-2025, 15:45
2-02-2025, 15:15
Bu il sentyabr ayının 11-də Suraxanı rayon Qaraçuxur qəsəbəsi, N. İsmayılov küçəsi, qəbristanlıq yolu üstündə yaşayan sakinlərdən on nəfərdən çox vətəndaş səhər saatları, saat doqquz radələrində Suraxanı rayon İcra hakimiyyətinin qarşısına gəlib, icra başçısı Əziz Əzizovu gözləməyə başladılar. Az sonra icra hakimiyyətinin mühafizəçi polisi şikayətçilərə yaxınlaşıb məqsədlərini soruşdu və bildirdi ki, icra başçısı hələ işə gəlməyib. Təxminən yarım saatdan çox vaxt keçdi. Birdən şikayətə gələnlərdən biri ağacların arasında iki nəfərin onların lap yaxınlığında gəzişdiyini görüb:”Deyəsən axı, o, icra başçısının özüdür”- dedi.Şikayətçilərin hamısı dönüb onlardan azca aralıda gəzən iki nəfərə tərəf baxdı. Suraxanı rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov vətəndaşların onu tanıdığını görüb uzaqlaşmağa başladı.Bir xeyli uzaqlaşıb binanın arxasına tərəf geçdi. Elə bu zaman İcra hakimiyyətinin rayon təsərrüfat şöbəsinin müdiri Mehman Hüseynov şikayətçilərə yaxınlaşıb məsələni araşdırmağa başladı.
Məlum oldu ki, yaşadıqları iyirmi ildən çox bir müddətdə onların yaşadıqları küçəyə dövlət hesabına bir manatlıq belə iş görülməyib.Yağmurlu günlərdə bu küçədən gedib-gəlmək imam müsibətinə dönür.
Mehman müəllim şikayətçiləri başdan eləmək üçün “Baxarıq, çalışarıq gələn ilin planına salaq” dedi. Şikayətçilər :”Bizi başdan eləməyin” dedilər-biz neçə illərdi ki, gəlib gedirik.Həmişə də bu sözü eşitmişik”. Bir azdan İcra hakimiyyətinin başqa bir əməkdaşı –Ərazi idarəetmə və özünüidarəetmə orqanları iş şöbəsinin müdiri Xanoğlan Allahverdiyev də şikayətçilərə yaxınlaşıb söhbətə qoşuldu. Bir xeyli çək-çevirdən sonra İcra hakimiyyətinin məlum əməkdaşları belə qərara gəldilər ki, yerində olub vəziyyətlə tanış olsunlar.
Şikayətçilərlə birgə gələnlərə daha bir nəfər də qoşuldu:Suraxanı rayon Avtonəqliyyatın rəisi.Amma şikayətçilər nə qədər israrla soruşsalar da Avtonəqliyyat rəisinin adını öyrənə bilmədilər.
Qeyd edək ki, bu yolun bir tərəfində geniş bir qamışlıq sahəsi var idi. Ötən il Suraxanı İcra hakimiyyətinin göstərişi ilə bu dərənin xeyli hissəsi torpaqla doldulub bu hala gətirildi. İndu bura təpəlik bir sahəni xatırladır. Bakı şəhərinin bütün tullantıları bura tökülür. Xatırlayırsınızsa təxminən bir ay bundan öncə bu əraziyə tökülən qır tullantıları ilə bağlı elə bu məhəllə sakinlərinin şikayətini görüntüləri ilə birgə sizə təqdim etmişdik. Lakin bu tənqid də qulaqardına vurulmuşdu. Kəskin iyli qır məhlulunun üstünə bir-iki maşın torpaq verməklə öz işlərini bitmiş hesab etmişdilər.
Bu ilin yaz aylarənda Suraxanı rayonuna qəsəbəarası yolların asfaltlanması il bağlı Dövlət tərəfindən ayrılmış vəsait sakinlərdə bir ümid yeri oyatmışdı. Bu ilin aprel ayında İcra hakimiyyətinə üz tutan həmin bu sakinlərə belə bir məktubla cavab verilmişdi.
Mehman Hüseynov yerində vəziyyətlə tanış olduqdan sonra şikayətçilərlə belə qərara gəldi ki, ayın 14-dən qreyder vasitəsilə yol hamarlansın. Daha sonra qum-çınqıl tökülüb yayılsın.Bu ilin sonuna kimi imkan olan kimi asfalt verilsin.
Verilmiş bu vəd şikayətçiləri xeyli sevindirdi.Onların üzündə bir razılıq ifadəsi var idi. Bir-birini təbrik edir, azqala gözaydınlığı verirdilər bir-birilərinə.
Beləcə , Suraxanı rayon İcra hakimiyyətinin şöbə müdirləri Mehman Hüseynov və Xanoğlan Allahverdiyev Qaraçuxur qəsəbə sakinlərinə böyük ümid verib onlardan ayrılıb getdilər. Onlar getməkdə olsun, Qaraçuxur qəsəbə sakinləri gözləməkdə.
Deyirlər jurnalist dili yüyrək olar. Həmin görüşdən beş gün ötdü. Beşinci günün günortasında Qaraçuxur Bələdiyyəsinin sədri İxtiyar Nəcəfov bir “Belorus” markalı ekskavatorla ərazidə göründü. “Belorus” təxminən iyirmi dəqiqə müddətində torpaq təpəsini oyan-bu yan edib “Asta qaçan namərddi,” deyib tüpürdü dabanına.
İndi aradan on gündən çox vaxt keçib.Nə qum-çınqıldan xəbər var, nə də işin gerisi ilə maraqlanan .
Görəsən Suraxanı rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizovun bu məsələnin sonrasından xəbəri varmı? Bizi bir məsələ düşündürür:Əgər xəbəri varsa, niyə bu məsələ həll edilmir.Yenə bir sual doğur: Əziz Əzizov son vaxtlar Prezident İlham Əliyevin icra başçıları ilə bağlı müsbət mənada atdığı addımmlardan xəbəri yoxdurmu?
Vaxtı ilə Bləsuvar rayon İcra hakimiyyətinin başçısı olarkən Yeniçağ.az saytında Əziz Əzizov haqqında gedən məqalədən yalnız bir abzası misal gətirməyi kifayət hesab etdik.”Əzizov onun rüşvətxorluğuna açıq şəkildə etiraz edən, yuxarı instansiyalara şikayət məktubu yazan rayon sakinlərini müxtəlif formada şantaj edərək, şər və böhtana məruz qoyur, məhkəmənin sədri Ə.Ələkbərovun əli ilə həbs etdirir”
Binəqədi rayon İcra hakimiyyətinin başçısı olarkən Gündeminfo.az saytında “sovetski” məhəlləsinin sakinləri ilə bağlı bir məqalə yayımlanmışdı:” Bakı şəhərinin “Sovetski” məhəlləsinin bir qrup sakini Ədliyyə Nazirliyi önündə etiraz aksiyası keçirib. Rayonun İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vətəndaşların evlərindən çıxarılması barədə 1 saylı Bakı İnzibati İqtisadi məhkəməsində iddia qaldırıb. Məhkəmə isə vətəndaşların iştirakı olmadan onlara az miqdarda kompensasiya ödənilməklə köçürülmələri barədə qərardad çıxarıb.”
Lap bu günlərdə isə “Araz.az” saytı belə bir yazı yayımlayıb: Mehdiyev nomenklaturası:Suraxanı icra başçısı çamadan ovqatında.
Məqalədən bir neçə cümləni əziz oxucularımıza təqdim edirəm: Köhnə bürokrat, R.Mehdiyev nomenklaturasına bağlı məmur olan Ə.Əzizov Suraxanıya rəhbər təyin ediləndən bəri əlini ağdan qaraya vurmayıb. Onun mehdiyevizmdən qalan qaydalarla işləməsi, prezidentin yeni siyasi kursu və modeli ilə hesablaşmaması açıq-aşkar bərq vurur. İcra başçısı Suraxanıda heç bir vətəndaşın müraciətini həll etməyib, əksinə, kiminin obyektini sökdürüb, kimini narazı salıb.
Bütün bunlardan sonra belə bir fikir hasil olur ki, Suraxanı rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov nə xalqdan çəkinir, nə də ölkə prezidentindən.
Odur ki, vətəndaşlara “ata-ata” gedir.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər