Xəbər lenti
 
 
 
 
Almaniya Xarici İşlər Nazirliyi Ermənistanla Azərbaycanın “danışıqlara hazır olduğunu” müşahidə edir, lakin tərəflərin son bəyanatları təhlükəli vəziyyət yaradır.
 
Ovqat.com-un məlumatına görə, Almaniyanın Tagesspiegel.de nəşri Ermənistan-Azərbaycan münaqişəsi: Almaniya nə edə bilər?” sərlövhəli məqaləsində belə yazır.
 
Məqalədə bildirilir ki, Ermənistan-Azərbaycan sərhədində bu ilin iyulunda baş vermiş və hər iki tərəfdən insan təlafatı ilə nəticələnmiş toqquşmalara baxmayaraq, Almaniya hökuməti məsələyə ehtiyatlı nikbinliklə yanaşır.
Tərəflər arasında 2018-ci ildən 2020-ci ilin iyulunadək atəşkəsin pozulması halları xeyli azalmışdı. Bu dövrdə ağır, iri çarplı silahlardan çox nadir hallarda istifadə olunurdu”, - “Tagesspiegel”in məlumatına görə, bu fikirlər Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Migel Bergerin parlamentdəki solçu fraksiyanın sorğusuna cavabında yer alıb. Berger bildirir ki, məhz iyul döyüşlərinədək tərəflər arasında dialoqa hazırlıq müşahidə edilirdi.
 
“Almaniyanın Ermənistana yardımı ona stimul verə bilər”
 
Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsi uğrunda mübarizə Sovet İttifaqının dağılmasından sonra başlayıb. Beynəlxalq hüquqa görə, bu ərazi Azərbaycana məxsusdur. Lakin hazırda ona ermənilər nəzarət edir.
 
Bu ilin iyulunda tərəflər arasında atışma Dağlıq Qarabağdan aralıda, münaqişə bölgəsindən şimalda baş verib. İyulun 12-dən 15-dək davam etmiş toqquşmalarda Ermənistan 5 hərbçisini itirib. Azərbaycan tərəfdən isə 12 hərbçi və 1 mülki şəxs həlak olub.
 
Xatırladaq ki, Almaniya Ermənistana dəstək verən əsas ölkələrdəndir. 1992-ci ildən indiyədək o, bu ölkənin inkişafına 750 milyon avrodan çox yardım ayırıb. Bu, 3 milyon əhalisi olan Ermənistana edilmiş ən böyük ikinci yardımdır (ilk yerdə ABŞ gəlir).
 
“Lakin məsələ sülh prosesinə gəldikdə, federal hökumət öz potensialından tam istifadə etmir”, - deyə parlamentin solçu fraksiyasının üzvü, Cənubi Qafqaz üzrə ekspert Hayko Langner bildirir.
 
Livanlı ermənilər Dağlıq Qarabağda?
 
Münaqişə tərəfləri problemə son qoymaq üçün hələ 2007-ci ildə razılaşdırılmış “Madrid prinsipləri”ni yerinə yetirməlidir. Həmin sənədə əsasən, Ermənistan ilkin mərhələdə Dağlıq Qarabağın ətrafındakı rayonları işğaldan azad etməli, azərbaycanlı məcburi köçkünlər oraya qayıtmalıdır. Bundan sonra Dağlıq Qarabağa aralıq statusu verilməli, bölgənin yekun statusunun müəyyənləşdirilməsi üçün isə referendum keçirilməlidir.
 
Bu arada, Livandan Dağlıq Qarabağa ermənilərin köçürüldüyünə dair xəbərlər yayılmaqdadır. Azərbaycan tərəfi bunu təxribat kimi qiymətləndirir. Yerli KİV-in məlumatına görə, köçürülmə Beyrutda bir müddət əvvəl baş vermiş partlayışdan sonra başlayıb. Orada yaşayan erməniləri Dağlıq Qarabağa Ermənistan hökuməti dəvət edib.
 
Lagner hesab edir ki, Livandan Dağlıq Qarabağa ermənilərin köçürülməsi haqda xəbərlər təsdiqini taparsa, bu, beynəxalq hüququn pozulması kimi qiymətləndiriləcək. Bu halda Azərbaycanın məsələyə reaksiyası sərt olacaq.
 
Qeyd edək ki, ermənilər dünyanın bir çox bölgəsinə yaşayır. O cümlədən Livanda, Suriya, İraqda, Gürcüstanda, Rusiyada. Osmanlı imperiyasında 1915-ci ildə baş vermiş məlum hadisələrdən sonra 100 minlərlə erməni ayrı-ayrı ölkələrə, əsasən də ABŞ-a üz tutub.
 
Bu arada, Türkiyə bu məsələdə Azərbaycanı dəstəkləyirsə, Rusiya Ermənistanın əsas yardımçısı sayılır.
 
Hannes Hayne



Ana səhifəyə qayıt        Baxış: 3 620          Tarix: 23-09-2020, 16:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma