Xəbər lenti

Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri Berlinlə Bakı arasında sıx ticarət əlaqələrinin olmasını nümayiş etdirir.

Bunu amerikalı ekspert, Viskonsin Markett Universitetinin professoru Piter Teys deyib.

Piter Tey vurğulayıb ki, Azərbaycanın Almaniyaya enerji daşıyıcılarının ixracı ölkənin enerji təminatının əsasını təşkil etməyə davam edəcək: “Nəzərə alsaq ki, Almaniya Rusiya qazından çox asılıdır, bunun indiki zamanda böyük əhəmiyyəti var. Azərbaycan qazı Almaniya üçün əhəmiyyətlidir və eyni zamanda Azərbaycan xalqı üçün əlavə mənfəət yaradacaq.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Qafqazda regional təhlükəsizlik məsələsi A.Merkelin Bakıdakı müzakirələrin mərkəzində olmalıdır. Azərbaycanın ərazi bütövlüyü regionda sülh və təhlükəsizlik üçün çox vacib məsələdir. Bu olmadan qaz boruları həmişə təhlükə ilə üz-üzə qala bilər, bu da Avropa iqtisadiyyatına ciddi mənfi təsir göstərə bilər”.

Report

 




Ana səhifəyə qayıt        Baxış: 451          Tarix: 23-08-2018, 13:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma