Xəbər lenti

 
"Bir-iki gün ərzində Ermənistanda cəbhədə savaşacaq əsgər qalmayacaq".
 
Ovqat.com-un məlumatına görə, bu sözləri Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı sabiq hərbi attaşesi, briqada generalı Yücel Karauz deyib.
 
 
Generalın fikrincə, bu gün Azərbaycan tarixinin şanlı günüdür: “Qısa zamanda 7 kəndin azad edilməsi böyük hərbi uğurdur. Bu, bir daha göstərdi ki, Azərbaycan güclü siyasi rəhbərliyə, sarsılmaz milli birliyə və qüdrətli orduya malikdir”.
 
 
O qeyd edib ki, Türkiyədə minlərlə insan Azərbaycanın mənafeyinə uyğun işğal altındakı torpaqları azad etmək üçün könüllü olaraq mübarizə aparmağa hazırdır: “Türkiyə və Azərbaycan 93 milyonluq bir qüvvədir. Bu gün bütün Anadolu türkünün duaları Azərbaycan xalqı ilədir. Prezidentlərimiz, parlament sədrlərimiz, xarici işlər və müdafiə nazirlərimiz səviyyəsində əlaqələr, danışıqlar davam edir. Türkiyədə minlərlə insan Azərbaycanın mənafeyi uğrunda savaşmağa hazırdır”.
 


Ana səhifəyə qayıt        Baxış: 3 659          Tarix: 27-09-2020, 23:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma