Xəbər lenti

 
Son dəfə iyul ayında Ermənistan XİN İsrailin Azərbaycana silah satmasına dair konkret mövqeyini bildirib.
 
Ovqat.com xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan deyib.
 
Naldanyanın bildirdiyinə görə, xarici işlər naziri səviyyəsində qaldırılan bu məsələ həmişə Ermənistanın gündəliyində mühüm yer tutub: “Biz israilli tərəfdaşlarımızə bu barədə dəfələrlə diplomatik kanallarla məlumatlandırmışıq”.
 
“Bütün beynəlxalq ictimaiyyətin hərbi əməliyyatların dayandırılmasına çağırdığı” bu günlərdə İsrail tərəfinin Azərbaycana silah tədarükünü davam etdirdiyini vurğulayan diplomat bildirib ki, Ermənistanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri məsləhətləşmək üçün geri çağırılıb.
 


Ana səhifəyə qayıt        Baxış: 3 644          Tarix: 3-10-2020, 02:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma