Xəbər lenti
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
Qəribə bir vəziyyət yaranıb. Ermənistan əhalisi 2 milyondan bir az artıq olar. Rusiya imperiyası bu xalqı İrandan, Türkiyədən, ordan-burdan yığıb gətirib Azərbaycan xalqının tarixi torpaqlarında məskunlaşdırıb. Ən bərəkətli, gözəl ərazilərimizi çağrılmamış qonaqlarımıza verib. Bununla kifayətlənməyib, bir də onlara dövlət qurub. Vaxtaşırı bizin əlimizdən ərazilərimizi alıb ermənilərə hədiyyə edib. Xüsusilə 1980-90-cı illərdə bizim ov silahlarımızı belə alıb, əvəzində erməninin əlinə o dövrün ən ciddi silahlarını verib və insanlarımızı onlara qırdırıb.
Di gəl ki, bu qədər yüksək himayənin qarşılığında onlar da Rusiyadan narazıdır. Üstəlik, biz 30 ildən sonra özümüzə gəlib dünya birliyi tərəfindən tanınan torpaqlarımızı azad etmək mübarizəsinə girişmişik. Atdığımız hər mərmi erməniləri yerindən silkələdikcə, İrəvanda Rusiyaya qarşı etirazlar, söyüşlər artır. Sanki Rusiya gəlib onun işğal etdiyi ərazidə bizimlə vuruşmağa borcludur. Sual ortaya çıxır: Bəs, ermənilər niyə rusları özlərinin eşikağası, nökəri, muzdlu əsgəri sayırlar?
Ovqat.com xəbər verir ki, özünü “Vickov” kimi təqdim edən Rusiya bloggerlərindən biri ötən günkü yazısında bu suala cavab axtarıb.
Azərbaycan üçün aktuallığını nəzərə alıb məqalənin tərcüməsini təqdim edirik:
Uzun müddət Moskva ilə Vaşinqton arasında vurnuxan Nikol Paşinyan Azərbaycan Ordusunun ilk zərbələri ilə qəfildən oyanıb və indi bütün günü Kremlə böyük rus qardaşını necə sevdiyini və onun köməyinə necə ehtiyac duyduğunu izah edir.
Dinc dövrdə erməni isteblişmenti yaxşı buzov kimi iki döşdən əmirdi; Ford Sorosun hamiliyinə sığınmağdan çəkinmir, Moskvadan hərbi-maliyyə dəstəyi alır və Avropa İttifaqı ilə flort edirdi.
Bununla yanaşı, Rusiya telekanallarını Ermənistandan heç də dostluğa sığmayacaq dərəcədə sıxışdıraraq, rusiyapərəst erməni siyasətçilərini təqib edir, Rusiyadan öz hərbi bazalarını Ermənistan çıxarmağı istəyirdi.
Taras Bulba ilə analogiya apararaq soruşmaq istərdim: “Yaxşı, bu vəziyyətdə amerikalılar sənə nə kömək etdilər”. Görünən odur ki, Vaşinqtonda onun telefonunu götürmerlər, telefon kitabçasındakı növbəti ad isə Kremldir.
Əgər Paşinyan tez-tez söykəndiyi bütün tarixi arqumentləri aradan qaldırarsa, de-yure Azərbaycanın öz ərazisində müharibə apardığını başa düşər. Bu respublika hökuməti bütün hərbi əməliyyatları savadlı şəkildə və yalnız özünümüdafiə mübarizəsi tərzində aparır. Deməli, xaricdən istənilən müdaxilə Azərbaycana qarşı təcavüz aktı kimi qiymətləndirilə bilər.
Azərbaycan ordusunun strategiyası çox sadə və aydındır. Tədricən Qarabağa iki cığırla girməyə çalışır-biri şimaldan, biri cənubdan. Biri İran sərhədi boyunca, digəri Kəlbəcər dərəsindən. Nəhayətində Əliyev Dağlıq Qarabağın özünə toxunmur, sadəcə, əvvəllər ermənilərin işğal etdiyi əraziləri qurtarır. Bu da nəticə etibarilə Stepanakertin (Xankəndinin-Ovqatşcom) tam iqtisadi blokadaya düşməsinə gətirib çıxaracaq.
Ermənistan hökumətinin bəyanatına baxmayaraq, Türkiyənin Bakı tərəfində münaqişədə nominal olaraq iştirak etməsi fiziki yox, daha çox mənəvi xarakter daşıyır.
Türkiyə kiçik qardaşının köməyinə yalnız 1-ci Türk Ordusunun Xüsusi Qüvvələrinin briqadasının üç ekspedisiya dəstəsini, pilotsuz dronların idarə edilməsi üzrə bir neçə birləşməsini, batalyonun sayına və təminat hissələrinin bir ovuc hissəsini (təmirçilər, rabitəçilər, reb platonlarının bir neçə hissəsi) göndərib.
Ümumilikdə, bilavasitə Türkiyə ordusunun tərkibində 1500 nəfərdən az şəxsi heyət var. Ermənistan təyyarələrinin Türkiyə F-16-ları ilə vurulduğu barədə nağıllar da heç bir tənqidə tab gətirmir. Televiziya ilə göstərilən kadrlarda daha çox Ermənistan HHQ-nin pilotlarının məhdud görünmə şəraitində dağa düşməsi görünür.
Təyyarənin gövdəsinin hava-hava raketləri ilə vurulmasını təsdiqləyən faktlar və dəlillərin də heç bir izi yoxdur və ya onlar hələ də təqdim edilməyib.
Bu gün Ermənistan rəhbərinin mövqeyi, yumşaq desək, qəribə hərəkət edir. Nədənsə, İrəvan Rusiyanı özünə müstəsna olaraq borclu sayır, istədiyi hər şeyi barmağının ilk vuruşundan təmin edə biləcəyini, daha sonra isə Rusiyanın bu müstəqil bir ölkənin daxili işlərinə qarışmamağa borclu olduğunu düşünür.
Rusiya isə öz növbəsində, belə görünür ki, erməni liderinə Moskvadan asılı olmayan müstəqil rəhbər kimi öz bacarıqlarını göstərmək şansı vermək qərarına gəlib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar