Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Ermənistan silah sarıdan Azərbaycana uduzur.
Ovqat.com xəbər verir ki, Rusiya hərbi eksperti Aleksey Xlopotov bu barədə " Ura.ru" portalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, həm Ermənistan, həm də Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Rusiya silahlarından istifadə edirlər, lakin Azərbaycan tərəfinin silahları daha çoxdur və müasirdir.
Xlopotov qeyd edib ki, Ermənistan hələ SSRİ-də istehsal olunan "kifayət qədər köhnəlmiş" silahlarla təchiz edilib: "Ermənilərin faktiki silah almağa isə pulları yoxdur. Rusiya son zamanlar onlara silah kreditləri ayırır", - deyə o vurğulayıb.
Ekspertin bildirib ki, Ermənistan tərəfinin dörd ədəd Su-30 qırıcısı var, lakin hələlik Dağlıq Qarabağda döyüş aviasiyasından, demək olar ki, istifadə olunmur: “Bundan başqa, ermənilər Rusiyanın hədiyyə etdiyi "İskəndər" raketi və S-300 raket komplekslərinə malikdirlər.
Azərbaycanın sərəncamında isə "Msta-C" özüyeriyən haubitsalar, T-90S tankları, BMP-3 piyada döyüş maşınları, "xrizantema" tank əleyhinə komplekslər, BMR-3M, Brem-1m və "Qrad" kimi raket sistemləri var. Bundan başqa, ölkə Belarusiyadan "Polonez"raket kompleksləri alıb. Türkiyədən Azərbaycana pilotsuz təyyarələr, döyüş sursatları və atıcı silahlar gəlir. Bundan başqa, Bakı İsrailin "Hava günbəzi" HHM sisteminin müdafiəsi altındadır”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar