Xəbər lenti

 
Azərbaycan Qarabağda dünya tarixində ilk dəfə olaraq birpilləli bərk yanacaqlı ballistik “LOng-Range Artillery Missile” (LORA) taktiki raket kompleksindən istifadə edib.
 
Ovqat.com-un məlumatına görə, bu iddia ilə ABŞ-ın "The Drive" nəşri çıxış edib.
 
Nəşr bildirib ki, dünən sosial şəbəkələrdə Azərbaycanın Ermənistanı və tanınmamış Dağlıq Qarabağ Respublikasını birləşdirən Akar çayı üzərindəki körpünü partladıb. Lakin konkret olaraq hansı mərminin tətbiq edildiyi dəqiqləşdirilməmişdi.
 
“The Drive” bu zərbənin İsrail istehsalı olan “LORA” ballistik raket kompleksi ilə endirildiyinə inanır.
 

 
Nəşr hesab edir ki, bu məlumat təsdiqlənərsə, dünyada “LORA”-nın ilk tətbiqi barədə danışa bilərik.
 
Amerikalı şərhçilər Stokholm sülh problemləri araşdırması İnstitutuna istinadən xatırladıblar ki, 2017-2018-ci illər ərzində Azərbaycan İsraildən 50-yə yaxın belə raket almış ola bilər.


 
Sözsüz ki, bu məlumatın nə qədər həqiqət olduğunu müvafiq qurumlar təsdiqləmək imkanına malikdir. Fakt təsdiqlənəcəyi halda belə, “LORA” qadağan olunmuş silah deyil və onun sadəcə hərbi strateji obyektin dağıdılmasında istifadə olunması, əsgəri və sivil şəxslərə qarşı yönəldilməməsi rəsmi Bakının müharibəyə də nə qədər əxlaqi çərçivədə yanaşdığını göstərir. Xatırladaq ki, iddia olunan körpü vurularkən çəkilmiş video sosial şəbəkələrdə yayılmış və bu zərbənin hər hansı ekoloji və insani təxribata yol vermədiyi açıq müşahidə olunmuşdu.


Ana səhifəyə qayıt        Baxış: 4 751          Tarix: 3-10-2020, 18:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma