Xəbər lenti
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
Ermənistanın Gəncədəki mülki obyektləri bombalanmasının məsuliyyətini “DQR” “prezidenti” Araik Harutyunyan öz üzərinə götürüb.
Ovqat.com xəbər verir ki, Araik Harutyunyan media açıqlamasında Gəncənin vurulması əmrinin onun tərəfindən verildiyini açıqlayıb.
O iddia edib ki, “mülki əhali arasında qurbanların qarşısını almaq üçün müvəqqəti olaraq zərbələrin dayandırılmasına əmr verib".
Bununla belə, Harutyunyan Azərbaycanı təhdid etməkdən də çəkinməyib: “Bir nəticə olmasa, biz düşmən ordusunu və arxa cəbhəsini dağıdan mütənasib və güclü zərbələri davam etdirəcəyik. Çox gecikmədən hücumları dayandırın".
Harutyunyanın bu həyasız iddialarına baxmayaraq, Azərbaycan Müdafiə Nazirliyi Gəncəyə raketlərin Dağlıq Qarabağdan deyil, Ermənistandan atıldığını bildirir. Belə görünür ki, İrəvan Rusiyanı prosesə cəlb etmək üçün Azərbaycanın mülki hədəflərinə zərbə endirməklə cavab atəşinə nail olmaq istəyir. Səbəb isə çox sadədir: Paşinyan dəfələrlə Rusiyaya yarıdım müraciətinə baxmayaraq, Moskvadan rədd alıb. Moskva savaşın Azərbaycanın dövlət sərhədlərində getdiyi əsas gətirib və KTMT Nizamnaməsinin ona müdaxilə hüququ vermədiyini bildirib. Çünki həmin Nizamnaməyə görə, yalnız müttəfiqlərdən birinə hərbi təcavüz olarsa digərləri ona yardım etməklə mükəlləfdir. Görünür, İrəvan da məhz bu səbəbdən Azərbaycana raket zərbələri endirməklə Bakını cavab atəşi açmağa sürükləmək istəyir. Gəncənin vurulması məsuliyyətinin Hartunyunyanın üzərinə götürməsi də hərbi təcavüzün əks tərəfdən başlandığı görüntüsü yaratmaq üçündür.
Qeyd edək ki, Ermənistan müdafiə naziri David Tonoyan da artıq bu istiqamətdə bəyanatlar səsləndirməyə başlayıb. Onun sözlərinə görə, guya hərbi əməliyyatlar artıq Ermənistan ərazisini əhatə edir: “Xüsusilə Vardenis rayonunun yaşayış məntəqələri hələ bir neçə gün əvvəl ağır artilleriya və pilotsuz uçan aparatlardan istifadə etməklə zərbələrə məruz qalıb”.
Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Ermənistan ərazisindən Azərbaycana atəşin açılması bəyanatının təxribat xarakteri daşıdığını bildirən David Tonoyan deyib: "Hərbi əməliyyatlar zonasını genişləndirən, Ermənistan ərazisini atəşə tutan Azərbaycandır".
Mütəxəssislərin fikrincə, İrəvanın təxribatı nəticəsində Rusiyanın prosesə müdaxiləsi cavabsız qalmayacaq Türkiyənin də müharibəyə qoşulmasına şərait yaradacaq. Bu isə prosesin bloklararası qarşıdurmaya qədər sürüklənməsi deməkdir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar