Xəbər lenti

İyunun 4-də axşam saatlarında erməni hərbi birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndinə hücumu nəticəsində 50 yaşlı Sahibə Quliyevə onun iki yaşlı nəvəsi Zəhra Quliyeva həlak oldu. Həlak olanların cəsədləri, xüsusilə iki yaşlı Zəhranın qəlpə yarası almış körpə bədəni Xocalı dəhşətinin hələ də bitmədiyini bizə xatırlatdı. Lakin dünya birliyinin bu hadisəyə reaksiyası adekvat deyil və dünyanın susqunluğu erməni vandalizminin davam edəcəyinin sübutudur. Hətta düşmən ölkə Azərbaycan uşaqlarını öldürməyə davam edəcəyini gizlətmir də.

Publika.az
 xəbər verir ki, Alxanlıda qanlı hadisəyə İrəvan rejiminin və Ermənistan mediasının münasibəti belə hücumların davamlı olacağını göstərir.

Ermənistan xarici işlər nazirinin müavini Savarş Koçaryan baş vermiş hadisəyə görə həyasızcasına Azərbaycanı ittiham edir.

Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Tiqran Balayan isə körpə Zəhranın qətlini “adekvat addım” adlandırır. Onun sözləri aydın göstərir ki, Ermənistan hədəfinə nail olmayana qədər Azərbaycanın mülki vətəndaşlarına belə zərbələri davam etdirəcək.

İrəvanın planı status-kvonun möhkəmləndirilməsinə hesablanan təmas xəttində “atəşkəsə nəzarət mexanizmi”nin qurulmasıdır.

Erməni siyasi şərhçi Akop Badalyan da yazır ki, “Azərbaycan “nəzarət mexanizmi”nin qurulmasına razı olmayana qədər, belə zərbələri alacaq”.

Bütün bunlar faktiki olaraq Ermənistanın “Azərbaycan uşaqlarını qətlə yetirməyə davam edəcəyik” etirafı hesab oluna bilər.

Əslində iyunun 4-də hücumdan bir gün sonra Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında yaratdığı qondarma “DQR” rejiminin “prezidenti” Bako Saakyanın “səfərbərlik haqda” əmr verməsi də təsadüfi deyil. Hesab etmək olar ki, Ermənistanın cəbhəboyu ərazilərdə yaşayan mülki azərbaycanlılara hücumları davam edəcək.

 




Ana səhifəyə qayıt        Baxış: 791          Tarix: 6-07-2017, 17:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma