Xəbər lenti

 
Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın Gəncə təxribatı ilə bağlı bəyanat verdi.
 
Ovqat.com xəbər ki, bəyanatda deyilir:
 
Ermənistanın Azərbaycanın böyüklüyünə görə ikinci şəhəri olan Gəncədə mülki əhaliyə bugünkü hücumları Ermənistanın qanunla tanınmamış mövqeyinin yeni bir təzahürüdür. Biz bu hücumları pisləyirik. İşğal altındakı Azərbaycan ərazilərində məğlubiyyətlə üzləşən Ermənistan humanitar hüququn bütün prinsiplərini, ilk növbədə, Cenevrə Konvensiyalarını pozur, həmçinin işğal üzündən münaqişə yeri olan ərazilərdən kənarda yerləşən mülki yaşayış məntəqələrinə hücum edir. Bu hücumlar Ermənistanın düşdüyü ümidsizlikdən xəbər verir və onun qeyri-qanuni işğalını davam etdirmək üçün bəşəriyyətə qarşı törədilən cinayətlərdən geri çəkilməyəcəyini göstərir. Əvvəldən dediyimiz kimi, Ermənistan regionda sülh və sabitlik üçün ən böyük maneədir.
 
Azərbaycanın mövqeyini dəstəkləyirik və inanırıq ki, Ermənistanın təxribatına getməyəcək, beynəlxalq hüquqdan irəli gələn, beynəlxalq aləmdə tanınmış sərhədlər çərçivəsində özünü müdafiə etmək hüququndan istifadə edəcək və vətəndaş əhalisinə ziyan vurmamaq üçün əlindən gələni əsirgəməyəcəkdir.


Ana səhifəyə qayıt        Baxış: 4 912          Tarix: 4-10-2020, 15:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma