Xəbər lenti

 
Bu gün saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib.
 
Müdafiə Nazirliyindən Ovqat.com-a verilən məlumata görə, eyni zamanda bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qoyulur.
 
Düşmənin bütün hücum cəhdləri bölmələrimiz tərəfindən uğurla alınıb. Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülür.


Ana səhifəyə qayıt        Baxış: 3 120          Tarix: 10-10-2020, 13:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma