Xəbər lenti
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
İki gün öncə Moskvada Azərbaycan tərəfinə zorla qəbul etdirilən atəşkəs razılaşmasından yenə məkrli düşmənlərimizin faydalanma ehtimalı vardı. İndiyədək xalqımız bütün atəşkəs razılaşmalarında qazandıqlarını itirdiyindən budəfəki Moskva görüşündən çıxan nəticəyə də şübhə ilə yanaşırdı. Düşmən tərəfindən gələn xəbərlər də bu bədbinliyi görükləyir və xalqımıza məğlubiyyət psixologiyası aşılayırdı.
Ovqat.com xəbər verir ki, bu dəqiqələrdə erməni xəbər portalları Hadrutun yenidən işğal olunması barədə məlumat yayıblar.
Düzdür, bu, hələ erməni təbliğat maşınının səhih məlumat verməsi anlamına gəlmir. Məqsəd informasiya savaşı olduğundan bir çox hallarda bu “məlumat”lardakı faktlar təhrif olunur və qarşı tərəfin döyüş ruhunu sarsıtmağa xidmət edir. Məsələ də elə burasındadır ki, əzmkar ordumuzun Dağlıq Qarabağda böyük uğurlar qazandığı bir zamanda Moskvadan gələn “humanitar atəşkəs” xəbərləri də eyni effekti vermiş, bir çox insanlarımızda xəyal qırıqlığına yol açmışdır.
Sevindirici haldır ki, Azərbaycan xalqı, o cümlədən onun ön cəbhədə döyüşən oğulları bu xəyal qırıqlığını tez bir zamanda adlamağı bacardı və Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatlara görə, atəşkəs rejimindən istifadə edib hücuma keçən düşmən ordusunun burnunu əzə bildi.
Ən maraqlısı isə budur ki, erməni texnoloqlarının uydurduğu saxta məlumatlar da öz effektini vermədiyindən artıq Ermənistan rəsmiləri tərəfindən üstüörtülü şəkildə təkzib olunur. Bir az əvvəl Ermənistan Müdafiə Nazirliyi yaydığı məlumatda Hadrutu aldıqları barədə məlumatı faktiki təkzib edir. Məlumata görə, “Qarabağ Müdafiə Ordusu” döyüş bölgəsində sadəcə əməliyyat vəziyyətinə tam nəzarət edir (yəni darmadağın olunmayıb) və ictimaiyyət yalnız rəsmi məlumatlara inanmağa çağırılır.
Məlumatda deyilir: Hadrut istiqamətində, sızan təxribat və kəşfiyyat qrupunu bloklamaq və əks tərəfə, yəni bizim ordumuza qarşı hərbi əməliyyatlar davam edir.
Digər erməni mənbəyinin məlumatı: “Hadrut istiqamətində genişmiqyaslı döyüşlər davam edir. Bu istiqamətdə çox sayda qüvvə cəmləşdirən “düşmən” şəhəri işğal etmək üçün hər ciddi cəhdlər göstərir. “Erməni ordusu” hər qarış torpaq üçün ağır döyüşlər aparır”.
Göründüyü kimi, Hadrut uğrunda döyüşlərin getdiyi və bu şəhərin ermənilərin nəzarətində olmadığı düşmən rəsmi mənbələri tərəfindən də etiraf olunur. Qeyd edək ki, Dağlıq Qarabağda şəhərlər, yaşayış məntəqələri uğrunda yox, onlara nəzarət uğrunda döyüşlər gedir. Şəhərlər, rayon mərkəzləri, qəsəbə və kəndlər isə bom-boş, savaşı qazanan yeni sahiblərini gözləyir. Savaş isə son döyüşdə qazanılır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar