Xəbər lenti
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
Suriyanın şimal-şərqində Haseke əyalətində hərbi patrul xidməti zamanı rusiyalı hərbçilər qəzəblənmiş yerli sakinlər tərəfindən gözlənilməz hücuma məruz qalıblar.
Ovqat.com xəbər verir ki, sakinlər zirehli texnikanı daş-qalar ediblər və rus hərbçilərinin hərəkəti blokadaya aldılar.
Rusiyanın hərbi sosial media kanalı “Warjournal”-a görə, hərbi qulluqçularının qarşıya qoyulan vəzifələrini yerinə yetirə bilməyiblər.
Qeyd edək ki, ərəb toplumunda daşla qovmanın simvolik mənası var. İstər İslam, istərsə də İslamdan öncəki ərəb dini ehkamlarına görə, şeytanlar və İblis daşla qovulur. Həcc ziyarətinin sonunda şeytana daş atmaq gələnəyi də bu baxımdan təsadüfi deyil. Əslində böyük günah sahiblərinin daş-qalaqla qətlə yetirilməsi də bu inanışdan gəlir. Ərəb toplumu böyük günah törədənləri ruhunu şeytana qapdırmış kimi qəbul edir və onlara da şeytanla eyni cəzanı layiq görürlər.
Hadisəyə bu aspektdən nəzər salanda Suriya xalqının rus hərbçilərini daş-qalaq etməsinin altında yatan hikmət aydındır. Rusiya Yaxın Şərqdə şeytan görülür və daşla qovulur.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar