Xəbər lenti


Hurriyyet.org xəbər verir ki, Suriyada naməlum şəxslər Haseke əyalətində, əş Şaddadi şəhərində yerləşən Amerika hərbi bazasını atəşə tutublar.

Məlumatı Suriyanın “Əl-Vətən” qəzeti verib.

Son aylarda mətbuatda Suriyanın Haseke və Deyr əz Zor vilayətlərində yerləşmiş Amerika hərbi bazalarına naməlum dəstələrin hücumları barəsində ardıcıl xəbərlər verilir.

Pentaqon isə bu xəbərləri inkar edir.





Ana səhifəyə qayıt        Baxış: 2 908          Tarix: 7-08-2020, 09:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma