Xəbər lenti


Azərbaycan SQ Dağlıq Qarabağda uğurlu əməliyyatlarını davam etdirdikcə, düşmən ordusu cəbhədən kənar hədəfləri vurur və bununla da bizi atəşi saxlamağa vadar etmək istəyir. Bu gecə Gəncədə yaşayış massivinə atılan və xeyli mülki vətəndaşın ölümü və yaralanması ilə nəticələnən raket hücum da bu vəhşi taktikanın təzahürüdür. Azərbaycan Müdafiə Nazirliyinin təsbitlərinə görə, bu hücum Ermənistan ərazisindən edilib. 

Zənnimizcə, bu iddia kifayət qədər əsaslıdır. Zira Dağlıq Qarabağın Xankəndindən tutmuş ən ucqar kəndinə qədər bütün əraziləri Azərbaycan ordusunun Hava Hücumundan Müdafiə komplekslərinin nəzarəti altındadır və orada hazırlanan ən hər hansı hücum əməliyyatı həyata keçirilməyə başlamadan susdurula bilər və susdurulur. Gəncə hücumunu reallaşdıran hərbi texnikanın Elbrus raketi olduğunu və bu raket sisteminin ən azı yarım saata hərəkətə keçdiyini nəzərə alsaq, bu böyüklükdə hərbi texnikanın bizim HHM-dən yayınması inandırıcı deyil.

Ermənistan isə bu vəhşi cinayətin məsuliyyətini öz üzərindən atmaq üçün hücumdan xəbəri olmadığını vurğulayır və öz aləmində topu tanınmamış “DQR”-nın üstünə atır. Maraqlıdır ki, faktiki olaraq əlində heç bir ağır silahı qalmayan “DQR” “Müdafiə Nazirliyi” bu gün veb saytında Gəncə şəhərindəki “legitim hərbi hədəflərini” açıqlayıb.


Ovqat.com-un məlumatına görə, siyahıya aşağıdakı obyektlər daxildir:

HHQ-nin Hərbi-Hava bazası, vertolyot aviaekadrilyası,

Silahlı Qüvvələrin Baş Qərargahının MPD motoatıcı briqadası,

Xüsusi təyinatlı briqada,

Müdafiə Nazirliyinin Hərbi İdarəetmə Mərkəzi,

Silahlı Qüvvələrin Baş Qərargahının radio mühəndis batalyonu,

Müdafiə Nazirliyinin tabeliyində olan yanacaq və sürtkü yağları bazası,

Müdafiə Sənayesi Nazirliyinin maşınqayırma zavodu, təyyarə təmiri zavodu və artilleriya təmiri zavodu.

@ovqatcom


Ana səhifəyə qayıt        Baxış: 5 669          Tarix: 17-10-2020, 12:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma