Xəbər lenti
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
Azərbaycan prezidenti İlham Əliyev Paşinyanın dialoq çağırışına müsbət cavab verib.
Ovqat.com xəbər verir ki, Rusiyanın Vesti.ru portalı bu iddia ilə çıxış edib.
Məlumata görə, İlham Əliyev artıq Rusiya paytaxtında və ya istənilən yerdə görüşməyə hazır olduğunu bildirib. Azərbaycan lideri Rusiyanın Dağlıq Qarabağdakı münaqişənin həllində hər zaman mühüm rol oynadığını xatırladaraq deyib:
"Bunun obyektiv səbəbləri var - həm tarixi, həm coğrafi, həm də Rusiyanın on illərdir bölgəmizdə aktiv şəkildə fəaliyyət göstərməsi və qarşılıqlı əlaqələrin yüksək səviyyədə olması. Buna görə də hər cür təmasa hazırıq".
Maraqlıdır ki, Paşinyanın Rusiyanın TASS agentliyinə müsahibə verərək dilə gətirdiyi kompromis çağırışında dilə gətirdiyi bəzi fikirlər həmin görüşün nəticə verəcəyinə inamı azaldır.
Belə ki, Ermənistanın Baş naziri sözügedən açıqlamasında Rusiyanı Dağlıq Qarabağda antiterror əməliyyatına başlamağa çağırıb. Onun fikrincə, uzaq Suriyada öz milli maraqlarını qoruduğunu deyən Rusiyanın qulağının dibindəki Dağlıq Qarabağda antiterror əməliyyatı keçirməyə daha çox hüququ çatır. Çünki “Dağlıq Qarabağa qarşı müharibədə iştirak edən suriyalı yaraqlıları Rusiya üçün birbaşa təhlükə yaradır”.
Baş nazirin iddiasına görə, Dağlıq Qarabağda Azərbaycan tərəfində döyüşən “terrorçular” Rusiyanı da Ermənistan kimi özlərinin düşməni hesab edirlər və onlar burada savaş qurtaran kimi şimal qonşumuzda terror əməlləri törədə bilərlər. Odur ki, Moskva bu odu öz qapısına sıçramadan Dağlıq Qarabağda söndürməlidir.
"Rusiya bütün bu elementlərin öz ərazisinə sıçramasını gözləyəcəkmi? Mən bilmirəm, bəlkə də Rusiya hökumətində və ya xüsusi xidmət orqanlarında bu versiya da müzakirə olunur ki, antiterror əməliyyatını birbaşa yerində, Dağlıq Qarabağda işə salmaq olar. Çünki yaraqlılar Rusiya sərhədlərinə Suriyadan yaxındırlar. Hesab edirəm ki, Rusiyanın bu vəziyyətə reaksiya vermək üçün legitim hüququ və əsasları var" – deyə o, TASS-a açıqlamasında bildirilib.
O, həmçinin Azərbaycanın Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququnun tanınmasını prioritet hesab edib. "Mən dəfələrlə demişəm və indi bir daha təkrarlayıram ki, bu, faktiki olaraq bütün dövrlərdə Ermənistanın rəsmi mövqeyi olub. Qarabağın öz müqəddəratını təyin etmək hüququ, yəni onun statusu bizim üçün strateji əhəmiyyət kəsb edir", – deyə Paşinyan əlavə edib.
Bununla yanaşı, Paşinyan vurğulayıb ki, Ermənistan Azərbaycanla danışıqlarda kompromisə hazırdır, bunun üçün əsas şərt Qarabağın statusu məsələsinin həll olunmasıdır. "Əgər Azərbaycan Dağlıq Qarabağın statusu məsələsində razılaşsa, demək olar ki, kompromis üçün əsas var", – deyə baş nazir qeyd edib.
O əlavə edib ki, Qarabağda atəşkəs rejiminə nəzarəti ATƏT – in Minsk Qrupuna həmsədrlik edən ölkələr həyata keçirməlidirlər. Paşinyan bu fikirləriylə əslində dolayısıyla Azərbaycan prezidentinin bir müddət əvvəl danışıqlarda vasitəçi kimi Türkiyənin rol oynaması təklifini rədd edib. İlham Əliyev isə son zamanlar müxtəlif telekanallara verdiyi müsahibələrində Türkiyənin danışıqlar prosesinə qatılmasını vacib şərt kimi irəli sürmüşdü. Ermənistan Baş naziri isə danışıqlarda yenə əvvəlki formulun saxlanmasını tələb edir:
"Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir və bizim üçün aydındır ki, ATƏT-in Minsk qrupunun digər həmsədrləri Rusiyanın regionda sabitliyi bərpa etmək səylərini dəstəkləyirlər. Danışıqlarda digər başqa ölkələrin iştirakına gəldikdə, bu ölkələr artıq qeyd olunur. Prosesdə fəal iştirak etməli olan ölkələr bu prosesin ən fəal iştirakçısı olan Rusiyadır və Minsk qrupunun digər həmsədrləri də [nizamlama prosesində] iştirak edirlər".
Paşinyan açıq deməsə də, onun danışıqlar prosesində iştirakını istisna etdiyi “digər olkələr”dən bəhs edərkən Türkiyəni nəzərdə tutduğu bəllidir. ATƏT-in dəyişilməyən həmsədrləri ilə danışıqlar 30 ildir heç bir nəticə vermədiyindən yenə qaldığımız yerdən davam etməyə nə ehtiyac var?
Zənnimizcə, Azərbaycan prezidentinin bu çağırışa müsbət cavab verməsinin yalnız bir səbəbi ola bilər: görünür, Paşinyanın ictimaiyyətə açıq məkanlarda dediyi sözlərlə pərdə arxasındakı danışdıqları yenə fərqlənir. Dərd də elə burasındadır ki, iş icraata gələndə Paşinyan pərdə arxasında verdiyi sözləri deyil, ictimaiyyət qarşısında açıqladığı populist bəyanatlarını həyata keçirir. Son ikiillik təcrübə Paşinyana inanmağın əlavə vaxt itkisindən başqa bir şey olmadığını göstərir. Elədirsə, Dağlıq Qarabağda irəliləyişimizin həlledici məqamında bu vaxt itkisinə ehtiyac varmı?
Ümidvarıq ki, rəsmi Bakı daha geniş informasiyaya malikdir və atacağı addımda növbəti dəfə yanılmaz.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar