Xəbər lenti
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvanın müşayiəti altında danışıqlara başlamaq çağırışına Azərbaycan prezidentinin müsbət reaksiyasından bir gün sonra ABŞ Dövlət Departamentinin sədri Mayk Pompeo hər iki tərəfin Xarici İşlər nazirini Vaşinqtona dəvət etdi. Belə təəssürat yaranır ki, ABŞ Dağlıq Qarabağ məsələsinin həllini Rusiyanın insiativinə buraxmaq istəmir.
Bizim üçün ən ciddi problem ondan ibarətdir ki, prezident seçkisi ərəfəsində olan ABŞ-da erməni lobbisi güclüdür və tərəflərdən heç biri bu səsi itirmək istəmir. ABŞ prezidenti Donald Trampın və dövlət katibi Mayk Pompeonun daha çox erməniləri dəstəkləyən bəyanatla çıxış etməsi də, görünür, bu rəqabətdən irəli gəlir. Qısası, ABŞ-da ayın 23-də başlayacağı gözlənilən görüşlərdə Ceyhun Bayramov növbəti çətin sınaqla qarşılaşa bilər.
Ovqat.com-un məlumatına görə, Rusiyanın “Kommersant” nəşri də iki gündən sonra ABŞ-da keçiriləcək görüşləri şərh edib.
Nəşrin “Donald Tramp Qarabağda müharibəyə gedir” sərlövhəli yazını təqdim edirik.
Vaşinqton İrəvan və Bakını barışdırmağa çalışacaq
Donald Tramp administrasiyası Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verməyə çalışacaq. Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyev Moskvada görüşə gəlməyə razılıq verdikdən bir gün sonra İrəvan və Bakıda iki diplomatik idarənin başçılarının Vaşinqtona hazırlaşdıqları səfərlərdən danışdılar. Cümə günü xarici işlər nazirləri Zöhrab Mnatsakanyan və Ceyhun Bayramov növbə ilə ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşəcəklər. Prezident seçkisi ərəfəsində Ağ Ev Donald Trampı səmərəli sülhməramlı kimi təqdim etməklə "Qarabağ kartı" nı oynamağa çalışır. Amma uğur qazanmaq çox çətin olacaq.
Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva çərşənbə axşamı bildirib ki, oktyabrın 23-də xarici işlər naziri Ceyhun Bayramov Vaşinqtona gedəcək, orada ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşəcək. Xanım Abdullayevanın sözlərinə görə, elə oradaca nazir Bayramovun ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin (RF, ABŞ və Fransa) nümayəndələri ilə də görüşü planlaşdırılır. Öz növbəsində, Ermənistanın xarici siyasət idarəsinin nümayəndəsi Anna Naqdalyan "RİA Novosti"-yə açıqlamasında təsdiq edib ki, oktyabrın 23-də Vaşinqtonda nazir Zoqrab Mnatsakanyan da olacaq. O da həmçinin Mayk Pompeo ilə görüşməyi planlaşdırır.
“Politico” jurnalı ötən gün ABŞ Administrasiyasındakı mənbələrə istinadən məlumat verib: “Dövlət katibi Pompeonun Ermənistan və Azərbaycan XİN başçıları ilə planlaşdırılan ünsiyyəti öz formatına görə oktyabrın 9-10-da RF XİN başçısı Sergey Lavrovun iştirakı ilə üçtərəfli formatda keçirilən Moskva görüşündən fərqlənəcək. ABŞ-ın danışıqlar ssenarisinə görə, Pompeo nazirlərdən hər biri ilə ayrılıqda danışacaq. Əvvəlcə o, Ceyhun Bayramovu qəbul edəcək, sonra Zoqrab Mnatsakanyanla söhbətləşəcək.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun bildirdiyinə görə, iki nazirin Vaşinqtonda olarkən görüşünün mümkünlüyünü də Bakıda istisna etmirlər. "Biz mövzunun müzakirəsinə qarşı deyilik",-deyə Elin Süleymanov bildirib. Ermənistanın Vaşinqtondakı səfiri Varujan Nersesyan da önümüzdəki diplomatik raunda öz qiymətini verib: "Biz bu münaqişənin qarşılıqlı kompromislər əsasında sülh yolu ilə həllinin alternativini görmürük". Bununla yanaşı, erməni diplomatı ABŞ Dövlət Departamentinin sədrinə Azərbaycanı açıq şəkildə dəstəkləyən Türkiyəni tənqid etdiyinə görə təşəkkürünü bildirib.
ABŞ münaqişənin ilk günlərindən tərəfləri hərbi əməliyyatların dayandırmağa və sülh danışıqlarının bərpasına çağırıb. Bununla yanaşı, Moskvadan fərqli olaraq, Vaşinqton daha çox Ermənistan tərəfinin maraqlarına cavab verən mövqe tutub. Sergey Lavrov Moskvada Türkiyənin iştirakı ilə bağlı ortaya çıxan suallara baxmayaraq, Ankaranın ünvanına açıq sərt ifadələrə yol verməsə də, dövlət katibi Pompeo NATO- müttəfiqini Qarabağ münaqişəsini qızışdırmaqda günahlandırıb. "İndi bizim Azərbaycana müdaxilə edən və resurslar təqdim edən türklərimiz var ki, onlar bu tarixi döyüşdə riski və onun atəş gücünü artırırlar",— deyə Mayk Pompeo Atlanta (Corciya ştatı) bir sıra KİV-lərə müsahibəsində bildirib. "Bu münaqişənin həllinə silahlı münaqişə yolu ilə deyil, danışıqlar və dinc müzakirələr yolu ilə nail olunmalıdır. Və əlbəttə ki, atəş gücünü artıran üçüncü ölkələrin iştirakı ilə deyil. Bu, vəziyyəti daha çox barıt çəlləyinə çevirə bilər", - deyə o əlavə edib.
ABŞ-da keçirilməsi gözlənilən görüş sülh prosesini işə salmağa alternativ cəhd olsa da, Moskva artıq göstərdi ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsləri öz aralarında rəqabətə əsaslanmır və bir-birini tamamlayır. "Dağlıq Qarabağ məsələsi kimi Amerika və Rusiya mövqelərinin üst-üstə düşdüyü hadisələr azdır. Biz tərəfləri təmkinli olmağa, ilk növbədə atəşi dayandırmağa, bütün söhbətləri diplomatik məcraya keçirməyə çağırırıq. Bu, həqiqətən belədir, mövqelərimizdə fərqli nüanslar var, amma prinsipial olaraq biz tərəfləri sülh yoluna gətirəcək prosesi dəstəkləyirik",-deyə RF-nin ABŞ-dakı səfiri Anatoli Antonov mətbuat açıqlamasında bildirib.
Bununla yanaşı, səfir diqqətə çatdırır ki, Amerika diplomatiyasının Qarabağ trekində fəallaşması noyabrın 3-də keçirilmiş prezident seçkisinədək baş verir. Donald Trampın Karlson-Siti (Nevada ştatı) şəhərində keçirilən seçkiqabağı mitinqdə bəyanatı da Vaşinqtona dəvətin təsadüf olmadığını təsdiqləyə bilər.
Ağ Evin rəhbəri Karlson-Sitidə ilk dəfə hakimiyyətdə olduğu dövrdə ermənilərə dərin rəğbətini bildirmiş, onlara kömək etməyə hazır olduğunu dilə gətirmişdi.
"Ruhunuz güclüdür. Ermənistandan olan insanların ölkəsinə sadiqlik hissi güclüdür. Onlar əla biznesmenlərdir, həm də Latın amerikalılarla yanaşı. Biz bir şey edirik. Mən terrorçuları geri çəkirəm", - deyə cənab Tramp ən maraqlı məqamda fikrini pozaraq bildirib. Ağ Evin rəhbəri "terrorçuların qarşısını almaq" üçün ABŞ-ın hansı addımları atdığını isə açıqlamayıb.
"Sorğular nə göstərsə də, hamı anlayır ki, seçkidə mübarizə sona qədər davam edəcək. Bu vəziyyətdə Donald Tramp bütün rıçaqları işə salmağa və tərəzinin gözünü öz xeyrinə dəyişdirmək üçün bütün informasiya vasitələrindən istifadə etməyə çalışır, beynəlxalq münaqişələrin həllində AB-ın liderliyini təsdiq edən effektiv sülhməramlı kimi görünməyə səy göstərir", - deyə ABŞ-ın Franklin Ruzvelt (MDU) adına Təhsil Fondunun direktoru Yuri Roqulev bildirib. Ekspertin sözlərinə görə, erməni diasporu öz səsləri ilə Ağ Ev uğrunda döyüşün nəticəsinə nəzərəçarpacaq dərəcədə təsir göstərə bilərlər, üstəlik, onun böyük hissəsi Kaliforniya ştatında yerləşir. "Eyni zamanda, şou-biznes ulduzları və digər "yumşaq güc" daşıyıcıları olan erməni diasporunun nümayəndələri təkcə Donald Trampın deyil, ümumilikdə respublikaçılara kömək edə bilər. Axı noyabrın 3-də Amerika Nümayəndələr Palatasının bütün 435 üzvü, 13 ştatın senatoru və qubernatorlarının üçdə biri yenidən seçiləcək”, - deyə Yuri Roqulev xatırladıb:- “Respublikaçılar üçün təkcə Ağ evi deyil, Konqresi də itirmək riski yüksək olaraq qalır. Bunu nəzərə alaraq, Donald Tramp seçkiyə qədər qalan müddətdə bütün kartları, o cümlədən Qarabağ kartlarını da oynamağa çalışır ki, “demokratik revanş”ın qarşısı alınsın".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar