Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
“Dağlıq Qarabağ ətrafındakı yeni müharibənin başlamasından düz bir ay keçir. Erməni qoşunlarının geri çəkilməyə məcbur olduğu tamamilə aydındır. "Bölgədə yeni bir vəziyyət yaranıb və Ermənistan bunu nəzərə almalıdır",- dedi Azərbaycan Prezidenti İlham Əliyev və bu doğrudur”.
Ovqat.com xəbər verir ki, Rusiyanın məşhur “Vzglyad” nəşri Dağlıq Qarabağda gedən müharibənin bir ayının tamam olmasına həsr etdiyi məqaləsində belə yazır.
“Ermənistan Qarabağda niyə məğlubiyyətə uğrayır?” sərlövhəli yazıda qarşıya qoyulan bu suala cavab axtarılır: “Ermənistan ordusu niyə daha zəif oldu və hərbi əməliyyatlara hazırlaşarkən hansı səhvlərə yol verdi?”
Portal yazır:
“Azərbaycan ordusu üçün 27 oktyabr əlamətdar bir tarixdir. Baxmayaraq ki, Bakı bəzi ərazilərdə əsas siyasi hədəflərini tamamilə yerinə yetirə bilmədi. Bununla belə, Azərbaycan Silahlı Qüvvələri bir sıra uğurlara imza atdı, Dağlıq Qarabağdakı müdafiə xəttini qırdı və onlarca kilometr irəlilədi. Hələ 24 oktyabr şənbə günü cəbhənin cənub sektorundakı erməni qüvvələrinin müdafiəsi ipdən asılmış vəziyyətdə idi və Ermənistan üçün daha ciddi fəlakətli nəticələr baş verə bilərdi. Bu baş verməsə də, indiki vəziyyətin özü də erməni qoşunlarının strateji məğlubiyyətindən danışmağa əsas verir. Bu arqumenti səsləndirmək hadisəyə vaxtından əvvəl verilmiş qiymət kimi görünsə də Ermənistan və Dağlıq Qarabağ (DQR) üçün müharibənin ilk ayının nəticələri ürəkaçan deyil.
Kəşfiyyat uğursuz oldu
Ermənistan və “DQR” yayda, demək olar ki, bütün cəbhə boyu ara-sıra atışmalar başladığı zaman baş verənlər barədə düşünməli idilər. Zahirən, lokal toqquşmalar ciddi bir döyüşə çevrildiyi zaman adi bir cəbhə qarşıdurmasına bənzəyirdi. Görünür, bu səbəbdən erməni hərbi strukturları yaşananlara lazımi qiymət verə bilmədilər. Azərbaycan tədricən “dərin” hərbi ehtiyatları daxil olmaqla ordunun döyüşə ən hazır hissələrinin bir araya gətirildiyi iki zərbə korpusu yaratdı. Təmas xəttinə yaxın yerlərdə anbarlar tikildi, yanacaq təchizatı sistemi gətirildi. Bütün bunlar mürəkkəb kəşfiyyat manipulyasiyalarına əl atmadan sadəcə durbinlə də görülə bilərdi.
Bundan əlavə, Ermənistan kəşfiyyat xidməti ölkənin siyasi rəhbərliyinə Azərbaycanın hansı silahları, hansı miqdarda və nə üçün aldığının düzgün analizini çatdırmadı. Bu satınalmaların təhlilinə əsasən, Ermənistan və “DQR” Bakının istifadə etməyə hazırlaşdığı hərbi taktika modelini qura və ona uyğun mübarizə təşkil edə bilərdi. Hər şeydən əvvəl, bu, taktiki-hücum batalyonlarını dəstəkləmək üçün xaricdən gətirilən pilotsuz təyyarələr (İHA) və özüyeriyən artilleriya ilə əlaqədardır. Yalnız bu xüsus erməni hərbçilərinin cəbhənin digər tərəfində nələr qurduqlarını anlamaları üçün kifayət edərdi.
Psixoloji baxımdan həm Dağlıq Qarabağ, həm də Ermənistan 1994-cü ildə Azərbaycan üzərində qələbə xatirələrinə güvənirdi. Azərbaycan ordusunun aşkar say və keyfiyyət üstünlüyünə baxmayaraq, Stepanakert (Xankəndi-Ovqat.com) və Yerevanda “onlara o vaxt qalib gəldik, indi də Bakıya gedib çatarıq" əfsanəsi vəcdə gəlirdi. Azərbaycanı bu xorgörmə münasibəti sayıqlığın itirilməsinə səbəb oldu.
Tarixi paralel aparsaq, Dağlıq Qarabağdakı indiki vəziyyət İsrailin 1973-cü ildəki Yom Kippur müharibəsindən əvvəlki uğursuzluğuna bənzəyir. İsrail kəşfiyyatı və siyasətçiləri də həmin müharibənin ilk günlərində Suriya-Misir ordusunun hazırlıqlarının özləri üçün çox dəhşətli nəticələrə gətirib çıxara biləcəyini düşünməmişdilər. Ərəblərə qarşı rişxəndli irqçi münasibət onlara Sovet hərbi köməyinin qiymətləndirilməməsindən (bizim vəziyyətimizdə Türkiyə bu rolu oynayır) irəli gəlmiş və Avropa müttəfiqləriylə yaxşı əlaqələrin itirilməsinə səbəb olmuşdu. Bu hadisə, demək olar ki, Dağlıq Qarabağın indiki durumuyla eyni idi.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar