Xəbər lenti

 

Bu gün səhər tezdən ermənilərin Şuşa şəhəri yaxınlığında olduğunu iddia etdikləri “Azərbaycana aid bir silah anbarının vurulmasını” əsk etdirən görüntü paylaşmışdı. Həqiqətən çox dəhşətli yanğının çıxdığı anbarda raket mərmiləri müxtəlif istiqamətlərə uçurdu. 
 
Açığını desəm, bu iddianın doğruluğuna inanmamışdım. Çünki görüntüdəki şiddətdə yanğın hansısa yük maşını ilə daşınan silahların partlaşından doğa bilməzdi. Videoda olduqca böyük yanğın görüntüsü təqdim olunurdu və kadrın arxasındakı ermənilər sevinir, öz dillərində nəşələrini ifadə edən fikirlər səsləndirirdilər. Yanğının Azərbaycan ordusuna məxsus obyektdə çıxmadığını təsdiqləyən məntiqi mülahizəm isə çox sadə arqumentə əsaslanırdı: Bu qədər güclü yanğın hadisəsi yalnız uzun illər durmadan doldurulan silah anbarında çıxa bilərdi. Azərbaycan ordusuna məxsus silah anbarı isə Şuşa yaxınlığında nə gəzirdi?
 
Onu da qeyd edim ki, erməni mənbələri Şuşa ətrafında baş verən yanğının Xankəndindən də göründüyünü etiraf edirdilər.

Sözügedən video-görünütünü bu linkə girərək izləyə bilərsiniz
 
Azərbaycan Müdafiə Nazirliyi gec də olsa, mənim mülahizələrimi təsdiqləyən məlumatı və yanğının səmadan çəkilmiş video-dəlilini paylaşdı. Məlumatda deyilir: 
 
“Ermənistan mətbuatı guya Azərbaycan Ordusuna məxsus döyüş sursatı anbarının məhv edilməsi ilə bağlı növbəti yalan məlumat yayıb. Lakin düşmən həmin anbarın yaxın məsafədən çəkilmiş videogörüntüsünü məlumata əlavə etməklə öz saxtakarlığını bir daha ifşa edib.
 
Həqiqətdə isə oktyabrın 29-da gecə saatlarında Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazimizdəki yeni inşa edilmiş raket-artilleriya silahları anbarı bölmələrimiz tərəfindən məhv edilib”.
 




Ana səhifəyə qayıt        Baxış: 5 551          Tarix: 30-10-2020, 14:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma