Xəbər lenti

 
“Azərbaycan Ordusu tərəfindən guya fosfor tərkibli sursatların tətbiq olunması ilə bağlı Ermənistanın iddialarının heç bir əsası yoxdur”.
 
Ovqat.com xəbər verir ki, Müdafiə Nazirliyinin bu səhər yaydığı məlumatda belə deyilir.
 
Nazirlik rəsmi olaraq bildirib ki, Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur: “Bu kimi əsassız xəbərlər yaymaqla Ermənistan dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri hərbi cinayətləri gizlətmək məqsədini güdür”.
 
Qeyd edək ki, ötən gün bəzi erməni mənbələri hansısa meşəli dağda çəkilmiş kadrları ictimailəşdirərək, bu yerin Dağlıq Qarabağ ola biləcəyi ilə bağlı fikirlər irəli sürmüş, nə vaxt, nə məkan barədə hər hansı fikir bildirməmişdi. Sadəcə video-kadrların arxasına ermənicə səs əlavə edərək, atılan fosfor bombası nəticəsində meşələrin yandığını və insanların öldüyünü vurğulamışdı. 

Ermənilərin dəlil kimi istifadə etdiyi görüntü ilə bu linkdə tanış ola bilərsiniz
 
 
 


Ana səhifəyə qayıt        Baxış: 3 111          Tarix: 31-10-2020, 09:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma