Xəbər lenti
Dünən, 17:54
Dünən, 16:27
Dünən, 16:00
Dünən, 13:44
Dünən, 11:43
3-02-2025, 23:43
3-02-2025, 22:59
3-02-2025, 21:48
3-02-2025, 18:25
3-02-2025, 17:20
3-02-2025, 16:30
3-02-2025, 15:49
3-02-2025, 15:13
3-02-2025, 14:04
3-02-2025, 13:23
3-02-2025, 12:12
3-02-2025, 11:23
3-02-2025, 10:43
Noyabrın 2-i saat 18:00 radələrində Tərtər rayonunun Çardaqlı kəndində (keçmiş Ağdərə rayonunun Maqavuz kəndi) yerləsdirilmiş düşmənin KUB zenit-raket kompleksi dəqiq atəşlə məhv edilib.
Ovqat.com-a Müdafiə Nazirliyindən daxil olan məlumatda belə deyilir.
Nazirliyin təqdim etdiyi video-görüntüdə sözügedən raket kompleksinin necə vurulduğu da öz əksini tapıb. Videodan aydın olur ki, KUB kompleksi “Kamikadze” PUA-sı tərəfindən zərərsizləşdirilib.
Qeyd edək ki, “KUB”-lar keçmiş sovet hərbi texnikasıdır və qanadlı raketlər, ağıllı bombalar, təyyarə, helikopter, həmçinin pilotsuz uçuş aparatı kimi hava hədəflərinə qarşı mübarizə aparmaq məqsədilə hazırlanıb. 2013-cü ildən etibarən rus hərbi sənaye kompleksi onun daha təkmilləşdirilmiş variantı “BUK” zenit-raket kompleksini inkişaf etdirdikdən sonra “KUB”-lar digər dövlətlərə satıldı. Ermənistana isə havayı verildi.
Özüyeriyən, orta mənzilli zenit-raket kompleksi kimi tanınan “KUB”-un zərərsizləşdirilməsi Dağlıq Qarabağı işğaldan azadetmə əməliyyatında iştirak edən PUA və təyyarələrimizin təhlükəsizliyi üçün nəzərdə tutula bilər. Cəbhənin şimal cinahının bu sistemlərdən təmizlənməsi həm də Tərtər, Gəncə, Bərdə kimi rayonlarımızın sivil hədəflərini qorumaq məqsədi daşıyır. Özəlliklə Ağdərə istiqamətində yerləşdirilmiş “KUB” kompleksinin zərərsizləşdirilməsi bu strateji bölgədəki düşmən mövqelərinin havadan müdafiə gücünü də xeyli zəiflətmiş oldu və ermənilərin şimal cinahından geri püskürdülməsi üçün münbit şərait yaratdı.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər